veten informasiya agentliyi

Regional DOST Mərkəzləri ilə bərabər, ətraf rayonlarda onların filalları da yaradılacaq

Tarix:3-08-2021, 16:20
Baxış Sayı:594

Regional DOST Mərkəzləri ilə bərabər, ətraf rayonlarda onların filalları da yaradılacaq

DOST filialları şəbəkəsinin yaradılmasına dair təqdimat olub

Hazırda 5 DOST Mərkəzi vasitəsilə Bakı əhalisinin 80%-i və Abşeron rayon əhalisi tam olaraq DOST konsepsiyası üzrə xidmətlərlə (11 istiqamət üzrə 152 xidmət) əhatə olunur. Növbəti mərhələdə geniş spektrdə DOST mərkəzləri şəbəkəsinin qurulması təmin olunacaq. 2023-cü ilin sonuna qədər daha 8 mərkəzin açılması, yəni DOST mərkəzlərinin sayının 13-ə çatdırılması nəzərdə tutulub.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaradılacaq DOST mərkəzlərinin filiallarının qurulmasına dair layihələrin təqdimatı tədbirində bildirib.
Nazir ümumilikdə 2025-ci ilədək 17 DOST Mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu, hazırda Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında DOST Mərkəzlərinin açılması üçün layihələndirmə-tikinti quraşdırma işlərinin aparıldığını qeyd edib. Bildirib ki, regional DOST Mərkəzləri ilə bərabər, ətraf şəhər və rayonlarda onların filalları, beləliklə, 17 DOST Mərkəzi üzrə onların 47 filialı da yaradılacaq.
S.Babayev eyni zamanda, Naxçıvan MR-də və işğaldan azad edilmiş ərazilərimizdə DOST Mərkəzləri və filiallarının qurulacağını deyib. O, vurğulayıb ki, əsas hədəflərdən biri də şəbəkə genişləndikcə keyfiyyətin də artırılması, xidmətlərin dairəsinin də genişləndirilməsidir. Bu sahədə aparılan işlərin nəticəsi kimi, son iki ildə DOST xidmətlərinin sayı 30 faizə yaxın artıb.
Bu il Virtual DOST aplikasiyasının da istifadəyə veriləcəyini deyən nazir nəticədə internet bağlantısı olan istənilən yerdən hər kəsə DOST xidmətlərindən faydalanmaq imkanı yaradılacağını bildirib. Ümumilikdə, DOST mərkəzləri ilə bağlı planların geniş olduğunu qeyd edən nazir DOST mexanizmi çərçivəsində əmək münasibətləri üzrə mediasiya xidmətlərinin göstərilməsinin, sosial-psixoloji dəstək xidmətlərinin (həm Çağrı mərkəzi vasitəsilə, həm əyani şəkildə) dairəsinin genişləndirilməsinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında açılacaq DOST Mərkəzlərinin və ətraf rayonlarda filiallarının yaradılması layihələrinə dair təqdimat olub, müzakirələr aparılıb.

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı