veten informasiya agentliyi

İsmayıllıda Türkiyədə keçirilən şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

Tarix:4-06-2021, 18:12
Baxış Sayı:371

İsmayıllı Rayon İcra Hakimiyyətində "Karabağ şehitleri ve Karabağ Zaferi" adlı müsabiqənin qalibləri ilə görüş keçirilib.

Görüşdə pandemiya qaydalarına uyğun olaraq rayonun rəhbəri, icra hakimiyyətinin və təhsil şöbəsinin məsul əməkdaşları iştirak edib.

Məlumat üçün bildiririk ki, qaliblər I Qarabağ müharibəsinin iştirakçısı olan qazi Yalçın Nemətlinin qızları Lalə və Nərgizdir.

RİH başçısı istedadlı gənclərlə səmimi söhbət edib onlara öz tövsiyələrini verib. Qeyd edib ki, uğur qazanmağın yeganə yolu yaxşı təhsil almaq və boş vaxtlarda mütaliə etməkdir. Sizin kimi gənclərin sayəsində İsmayıllı təhsilinin hər zaman ön sıralarda olması bizi sevindirir.

O, qazi Yalçın Nemətlinin simasında vətən üçün canlarından keçən, sağlamlıqlarını itirən qəhrəman vətən oğullarına minnətdar olduğunu bildirib.

Göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayonun rəhbərinə minnətdarlıqlarını bildirən bacılar hər zaman dərslərində uğur qazanacaqlarını qeyd ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı məktəblilərə qiymətli hədiyyələr təqdim edərək onlara yeni-yeni təhsil uğurları arzulayıb.

Sonda şagirdlərlə xatirə şəkilləri çəkilib.

Xatırladaq ki, IX və X sinifdə oxuyan Nemətli Lalə və Nərgiz İsmayıllı şəhər 1 saylı tam orta məktəbində təhsil alırlar.

Hacıqabul rayon sakini itkin düşüb
Hacıqabul rayon sakini itkin düşüb
Oğurluq
Oğurluq
Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar
Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
Ağdamda minaatan qurğular aşkar edilib
Ağdamda minaatan qurğular aşkar edilib