veten informasiya agentliyi

İsmayıllıda “KOB Dostu” fəaliyyətə başlayıb

Tarix:28-05-2021, 11:08
Baxış Sayı:478

İsmayıllıda “KOB Dostu” fəaliyyətə başlayıb
İsmayıllıda “KOB Dostu” fəaliyyətə başlayıb
İsmayıllıda “KOB Dostu” fəaliyyətə başlayıb
İsmayıllıda “KOB Dostu” fəaliyyətə başlayıb
İsmayıllıda “KOB Dostu” fəaliyyətə başlayıb

May ayının 27-də İsmayıllı rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb.
Mövcud pandemiya qaydalarına uyğun olaraq sahibkarın, yerli icra hakimiyyətinin və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə KOB-un, Uşaq Yaradıcılıq və İnkişaf Mərkəzində tədbiri keçirilib.

Keçirilmiş tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək qonaqları salamlayıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Kiçik və orta biznesin İsmayıllıda inkişaf etidirilməsi üçün çoxlu imkanlarının olduğunu, “KOB Dostu”nun fəaliyyətinin rayonda kiçik və orta sahibkarlığın inkişafında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni biznes sahələrinin yaranmasında əhəmiyyətli olacağını qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Sahibkarlara yerində dəstəyin təmin olunması üçün ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyətinin nəzərdə tutulduğunu vurğulayan Orxan Məmmədov sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edib.

Qeyd edək ki, İsmayıllı rayonu üzrə “KOB Dostu” ofisi Heydər Əliyev parkında yerləşən Uşaq Yaradıcılıq və İnkişaf Mərkəzində fəaliyyət göstərəcək. Həmin ofislərdə sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb.Yaxın günlərdə “KOB Dostu” ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyətə başlayacaq.

Məlumat üçün bildiririk ki, bu gündən etibarən İsmayıllı və ətraf bölgələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək və xidmətlər üçün “KOB Dostu”na müraciət edə bilərlər.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?