veten informasiya agentliyi

Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru layihəsinin təqdimat görüşü baş tutub.

Tarix:6-05-2021, 14:39
Baxış Sayı:309

Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru layihəsinin təqdimat görüşü baş tutub.
Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru layihəsinin təqdimat görüşü baş tutub.

5 may, 2021 - Layihənin əsas məqsədi Azərbaycanda su ehtiyatlarının idarə olunması üçün təhlil, planlaşdırma və koordinasiya sahəsində milli imkanları gücləndirməkdir.
Susuz həyat mümkün deyil! Kəskin iqlim dəyişikliyi, təbii ehtiyatların azalmaq təhlükəsi ilə üz üzə qaldığı, quraqlıq və kəskin su çatışmazlığı kimi təbii fəlakətlərə üzləşdiyimiz dünyada mövcud su ehtiyatlarının səmərəli idarə olunması və bununla da qida təhlükəsizliyinə nail olmağımız olduqca vacib məsələdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə həyata keçirəcəyi layihə kənd təsərrüfatında məhsuldarlığı və ərzaq təhlükəsizliyini təmin etmək, torpaq və su ehtiyatlarının qorunmasını artırmaq və kənd təsərrüfatının iqlim dəyişikliyinə təsirinə qarşı davamlılığının artırılmasını hədəfləyir.
Tədbirin açılış mərasimində çıxış edən FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak “Məlumdur ki, iqlim dəyişikliyi, əhali artımı, kənd təsərrüfatında suvarılan ərazilərin miqyasının genişlənməsi və sənayeləşmə su ehtiyatlarının azalmasına gətirib çıxarır. Bu layihə çərçivəsində suyun dayanıqlı şəkildə idarə olunması və sudan istifadə mexanizmlərinin təşviq edilməsi istiqamətində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edəcəyik.” deyə öz sözlərində bildirdi.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Sərvan Cəfərov, “Son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi ilə bağlı qonşu ölkələrdən daxil olan yer üstü su ehtiyyatlarının və yağıntılarının azalması, ölkənin şirin su ehtiyyatlarının azlığı və suya tələbatın artması ölkənin su təhlükəsizliyin təmin edilməsi istiqamətində təxirə salınmaz tədbirlərin həyata keçirilməsini aktuallaşdırır. Azərbaycanda illik su ehtiyyatları balansının cəmi 30 faizi ölkə ərazisində 70 faizi isə ölkə xaricində formalaşır” deyə öz çıxışında bildirib və bu layihənin ölkədə su idarəçiliyinə öz töhfəsini verəcəyi vurğulayıb.
Tədbirdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri cənab Seymur Mövlayev layihənin xüsusi rolunu vurğulayaraq su ehtiyyatlarının düzgün idarə edilməsini və strateji planlaşdırmanın əhəmiyyətinə diqqət çəkdi və “Əgər su olmazsa kənd təsərrüfatında nəticənin əldə olunması mümkün ola bilməz” deyə öz sözlərində bildirdi.
Layihənin ilkin seminarında, nazirliklər, milli və beynəlxalq təşkilatlar da daxil olmaqla bütün maraqlı tərəflər bir araya gələrək məqsəd və gələcək fəaliyyətləri müzakirə etdilər, tədbir daha sonra iştirakçıların müzakirəsi formasında davam etdi.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb