veten informasiya agentliyi

Nəsimi rayonunda 3 avtomobil qaçıran və 1 marketdən oğurluq edən şəxslər saxlanılıblar

Tarix:28-04-2021, 17:15
Baxış Sayı:451

Nəsimi rayonunda 3 avtomobil qaçıran və 1 marketdən oğurluq edən şəxslər  saxlanılıblar
Nəsimi rayonunda 3 avtomobil qaçıran və 1 marketdən oğurluq edən şəxslər  saxlanılıblar
 
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə gün əvvəl rayon ərazisində yerləşən marketlərin birinin pəncərəsini sındıraraq ora daxil olub obyektdən 834 manatlıq müxtəlif növ tütün və şirniyyat məhsulları, habelə, kassadan 20 manat pul oğurlanmaqda şübhəli bilinən İmişli rayon sakini Zaur Gözəlov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Z.Gözəlov cari ilin aprel ayında həmyerlisi Şəhriyar Musayevlə birlikdə Nəsimi rayonu ərazisində talama məqsədi olmadan müxtəlif şəxslərə məxsus iki “VAZ 2107” və bir “Ford Transit” markalı nəqliyyat vasitələrini qaçırıb. Həyata keçirilən əməliyyat nəticəsində Ş.Musayev də saxlanılaraq istintaqa təqdim edilib. Hər iki şəxs ifadələrində etdikləri cinayətləri etiraf ediblər.
Onlar barəsində Nəsimi Rayon Polis İdarəsinin İsitntaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə, habelə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 185.2.1, 185.2.2-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Zaur Gözəlov və Şəhriyar Musayevin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
 
Titr: Zaur Gözəlov, Saxlanılan şəxs
Sinxron:
 
Titr: Şəhriyar Musayev, Saxlanılan şəxs
Sinxron:
 
 
 
28 aprel 2020-ci il

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM