veten informasiya agentliyi

Binəqədidəki yanğınla bağlı daha bir şikayət - 8 milyon hara xərclənib?

Tarix:12-05-2017, 10:31
Baxış Sayı:567

Binəqədidəki yanğınla bağlı daha bir şikayət - 8 milyon hara xərclənib?

















Binəqədidə çoxmərtəbəli binada 15 nəfərin ölümünə səbəb olan yanğından sonra həbs edilən vəzifəli şəxslərin apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə bildirib ki, zərərçəkmişlər məhkəməyə müraciət edərək, binanın təmiri üçün dövlət büdcəsindən ayrılan pul mənimsənilib.

"Bizə müraciət edərək, təmirə və zərərçəkmiş şəxslərə kompensasiya ödənilməsi üçün ayrılan 8 milyondan çox dövlət vəsaitinin mənimsənildiyini və düzgün istifadə olunmadığını deyirlər. Bu məsələnin bizim baxdığımız cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Ona görə, biz bunu araşdıra bilmərik. Bununla bağlı istintaq orqanına müraciət edin"- deyə hakim müraciətə münasibət bildirərkən deyib.

Daha sonra hakim bildirib ki, təqsirləndirilən şəxslərin vəkilləri tərəfindən məhkəməyə bir sıra vəsatətlər daxil olub.

Təqsirləndirilənlərdən Miryusif Mahmudovun vəkilləri onun barəsində olan həbs qətimkan tədbirinin ləğvini, iclasın istintaqla aparılmasını istəyiblər.

Həbsdə olan Uğur Bəşirovun vəkili də həbs qətimkan tədbirinin ləğvi ilə bağlı məhkəməyə vəsatət verib.

Digər təqsirləndirilən şəxslərin vəkilləri isə məhkəmə iclasının qismən istintaqla aparılmasını istəyiblər. Amma məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin növbəti iclası mayın 24-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci ilin may ayının 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında üzlüklərin alışmasından sonra baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət almışdı.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu həbs ediliblər.

Onlar Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinirlər.

musavat.com

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında