veten informasiya agentliyi

Ərzaq təhlükəsizliyi prioritet istiqamətdir

Tarix:10-04-2021, 16:31
Baxış Sayı:256

Ərzaq təhlükəsizliyi prioritet istiqamətdir
Ərzaq təhlükəsizliyi prioritet istiqamətdir

Respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər sırasında meliorasiya və irriqasiya sistemlərinin müasirləşdirilməsi xüsusi yer tutur.
Torpaq və su ehtiyatlarındann səmərəli istifadə, yeni hidrotexniki qurğuların və mütərəqqi suvarma şəbəkələrinin qurulması əkinçilik üçün geniş imkanlar açır.Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı dövlət tərəfindən iqtisadi siyasətin, prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanılır.
Məhsuldarlığın yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması üçün aqrar sahədə aparılan islahatlar müsbət nəticəsini verir.
Azərbaycan mürəkkəb relyef və təbii-iqlim şəraitinə malik qədim suvarma əkinçiliyi ölkəsidir. Ölkənin kənd təsərrüfatına yararlı torpaqları isti iqlim və az yağıntı ilə səciyyələnən düzənlik arid zonada yerləşdiyindən və yayın isti, qış ayalarının az yağmurlu keçməsi torpaqda kifayət qədər nəmlik ehtiyatının yaranmasına imkan vermədiyindən, eləcə də qrunt sularının təbii axını zəif olmaqla, torpaqlar şorlaşmaya meyilli olduğundan burada əkinçiliyin, yalnız süni suvarmalar fonunda aparılmasını və bu məqsədlə müvafiq meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsini tələb edir.
Ölkənin suvarılan torpaq sahələri kənd təsərrüfatına yararlı sahələrin üçdən birini (1424, 4 min hektar) təşkil etsə də ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95%-i bu torpaqlarda istehsal olunur. Pambıq, tütün tərəvəz kimi gəlirli bitkilər tamamilə suvarılan torpaqlarda becərilir.
Ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsində ilk tədbirlər 19-cu əsrin ikinci yarısında həyata keçirilsə də, meliorasiya və irriqasiyanın intensiv inkişafı, geniş meliorasiya potensialının yaradılmasl, sahə üzrə perspektiv proqramların qəbulu ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. Bu sırada, o dövrdə qəbul edilmiş “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il)
“Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında (1975-ci il)” 1976-1980- ci iilərdə torpağın meliorasiyası və meliorasiya olunmuş torpağın istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında (1976-cı il) qərarları önəmli yer tutur. Həmin qərarlara müvafiq olaraq kənd təsərrüfatı istehsalının yüksəldilməsi, onun intensivləşdirilməsi, və ixtisaslaşdırılması əsasında respublika iqtisadiyyatının gələcək dinamik inkişaf proqramları qəbul olunmuşdur. 1970-1980-ci illərdə bir sıra mühüm əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri inşa edilib istismara verilmişdir.
Həmin illərdə Sərsəng, Madagiz, Araz, Arpaçay, Sirab su anbarları və su elektrik stansiyaları, Mil-Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil-Muğan hidroqovşağı, Naxçıvan- MR-də üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları , Naxçıvan suvarma sistemi,Abşeron suvarma sistemi , Lənkərançay su anbarı kompleksi, Mərkəzi- Muğan və Cənub -Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemlərin və s. kimi yüzlərlə obyekt tikilib istifadəyə verilmişdir ki, bu da respublikanın müxtəlif zonalarında sahələrdən yüksək məhsul götürülməsinə imkan vermişdir.
Ümumiyyətlə ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə sovet hakimiyyəti dövrünün əvvəlki 50 ili ərzində qoyulan vəsaitdən iki dəfə artıq, vəsait yönəldilmişdir.
Nəticədə suvarılan torpağın ümumi sahəsi 1,5 dəfədən çox artmış, kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunmuşdur.
1993-cü ildə ulu öndər H.Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı ilə meliorasiya və su təsərrüfatı sahəsi öz inkişafının yeni mərhələsinə qədəm qoydu.
Ümumiyyətlə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına 1993-2003-cü illərdə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 125300 poqonmetr suvarına kanalları və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 369200 poqonmetr kollektor-drenaj şəbəkəsi tikilmiş və bərpa edilmiş, çaylarda sel və daşqın təhlükəsinin qarşısının alınması üçün 14603 poqonmetr mühafizə bəndləri tikilib istifadəyə verilmişdir.
Ölkəmizdə meliorasiya və su təsərrüfatına diqqət və qayğı ulu öndərinin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Onun bu sahəyə diqqəti və yaxından köməkliyi sayəsində bir çox layihələr uğurla davam etdirilir və bir çox yeni layihələrin həyata keçirilməsinə başlanmışdır.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan, təməli möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən qoyulan Taxtakörpü-Ceyranbatan kanallarının, uzun illər vəsait çatışmazlığı üzündən tikintisi yarımçıq qalmış Tovuzçay su anbarının, Qazax, Ağstafa, Şəki, Salyan, Ucar, Neftçala, Kürdəmir, Hacıqabul və digər rayonlarda çox sayda meliorasiya obyektlərinin tikintisinə başlanılmış və istismara verilmişdir.
Ölkə rəhbərliyi mütəmadi olaraq dövlət büdcəsindən vəsaitlər ayıraraq suvarma və içməli su ilə bağlı problemlərin zamanında aradan qaldırılması, eləcə də infrastrukturun yenilənməsi tədbirlərinin həyata keçirilməsinə nail olur.
44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq bərpa prosesinə start verilib.
Cənab Prezidentin vurğuladığı kimi, tarixi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın, ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa təkan verəcək.
Prezidentin İlham Əliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni təyin etdiyi sədrini qəbul edərkən bildirib ki, “Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır. Biz uzun illər ərzində 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edilmişdir”
Dövlətimizin başçısı Sərsəng və Suqovuşan su anbarlarının 1970- ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilərək, həmin anbarlar hesabına Ağdam, Tərtər, Göranboy, Bərdə kimi kənd təsərrüfatı rayonlarında suvarma işləri aparıldığını bildirib.
Sərsəng və Suqovuşan su anbarları enerji təyinatlı anbarlardır. Suqovuşan böyük hərbi strateji əhəmiyyətə malikdir.
Sərsəng su anbarı 50 mqvt, Madagiz-1 su anbarı 4,8 mqvt və Madagiz-2 su anbarı isə 3 mqvt gücə malikdir. Həcmi ən böyük su anbarı isə Sərsəngdir.

Bildiyimiz kimi arid zonada yerləşən Azərbaycanın su ehtiyatları məhduddur. Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı ASC-nin məlumatına görə yerüstü su ehtiyyatları 32,2 milyard m3 təşkil edir və quraqlıq illərdə bu göstərici 22,6 milyard m3 ə qədər azalır.
Meliorasiya-irriqasiya sisteminin yenidən qurulması və təkmilləşdirilməsi məqsədi ilə dövlət büdcəsi vəsaitləri hesabına böyük miqyaslı layihələr həyata keçirilib.
Meliorasiya-irriqasiya sisteminin inkişaf etdirilməsi tədbirləri hesabına 266 min hektar sahədə torpaqın su təminatı yaxşılaşdırılmış, 43 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilmişdir, həmçinin 218 min hektar sahədə torpağın meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.
“Kənd təsərrüfatında məhsuldarlığın artırılması bundan sonra da prioritet məsələlərdən biri olacaq”
“Biz son illər ərzində Azərbaycanda pambıqçılıq sahəsini demək olar ki dirçəltmişik.
Təqribən 5-6 il bundan əvvəl pambıqçılıq tamamilə məhv olmuşdu və ölkədə cəmi 20-30 min ton pambıq yığılırdı. Görülmüş tədbirlər nəticəsində biz keçən il rekord göstəriciyə nail olduq 300 min tondan çox pambıq yığıldı və hektardan məhsuldarlıq 33 sentnerdən çoxdur “. Bu barədə Prezident İlham Əliyev Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı ASC-nın yeni təyin etdiyi sədrini qəbul edərkən çıxışında bildirib. Bütün bunların təməlində məqsədyönlü siyasət və aidiyyəti qurumların koordinasiyalı şəkildə fəaliyyətinin təkmilləşməsi dayanır.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar sahənin üzərinə böyük yük düşür.
Koronavirus pandemiyasının və təbiətin, yəni quraqlığın yaratdığı çətinliklərə baxmayaraq, ölkəmizin kənd təsərrüfatında işlər bir an belə dayanmır.
Su çatışmazlığı və quraqlıq şəkər çuğunduru, çəltik, heyvandarlıq üçün yem bitkilərinin yetişdirilməsinə, meyvə bağlarına da mənfi təsir edə bilər. Bununla əlaqədar çoxsaylı tədbirlər həyata keçirilir
Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən qeyd edib ki, “Biz bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızı dəstəkləyəciyik. Artan subsidiyalar, bunu bir daha göstərir. Bizim niyyətimiz, siyasətimiz dəyişməz olaraq qalır.” .
Bir sözlə, dövlətin aqrar sahəyə nəticə etibarı ilə ölkədə ərzaq təhlükəsizliyinin, möhkəmlənməsinə ardıcıl dəstəyi davam edir.
Qeyd etmək istərdim ki, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində göstərildiyi kimi ali təhsil,insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasinda,iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edir. Dövlətimiz ali təhsilin inkişafına dair qərar və proqramlarda,aqrar sahə üzrə kadr hazırlığının gücləndirilməsini əsas hədəf seçib. Aqrar sahədə uğurların əldə olunmasında bu sahənin ali təhsilli mütəxəssislərlə təmin olunması, eləcə də aqrar sahənin elmi təminatının yaxşılaşdırılması dövlətin aqrar siyasətində başlıca yer tutur.
Cənab Prezidentin aqrar təhsilə,aqrar elmə göstərdiyi diqqət və qayğının nəticəsində mükəmməl tədris müəssisəsinə çevrilmış Azərbaycan Dövlət Aqrar Universiteti fəaliyyətini Cənab İlham Əliyevin ölkənin inkişafı üçün müəyyənləşdirdiyi prioritet istiqamətlərə uyğun qurmaqdadır. Heç təsadüfü deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyunun 24-də Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak etmişdirlər.Diqqətə çatdırılmışdır ki,ölkədə ərzaq probleminin həllində önəmli rola malik olan kənd təsərrüfatının elmi əsaslarla inkişafında həmişə mühüm rolu olmuş bu ali təhsil müəssisəsi son illər tamamilə yenidən qurulur.
ADAU- da görülən tədbirlər nəticə etibarilə təhsilin əhatəliliyinin və keyfiyyətinin yüksəlməsinə istiqamətlənib. Son illərdə bir sıra Dövlət proqramları uğurla icra olunub,təhsilin məzmunu yenilənib, Avropanın təhsil məkanına inteqrasiya istiqamətində tədbirlər həyata keçirilib,gənclərin xaricdə təhsili sahəsində də ciddi nailiyyətlər əldə olunub.
Sonda qeyd edim ki, çalışdığım Azərbaycan Dövlət Aqrar Universitetində, millətimizin tərəqqisi, aqrar sahənin,təhsilimizin inkişafı,əhalinin rifahının yaxşılaşdırılması,sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Cənab Prezidentin verdiyi hər bir qərar, atdığı hər bir addım professor- müəllim heyəti tərəfindən böyük razılıqla qarşılanır və böyük rəğbət doğurur. Fəal və məqsədyönlü fəaliyyətində Cənab Prezidenti dəstəkləyir və yeni-yeni uğurlar arzulayırıq.

Aynur Həsənova
Aqrar elmlər üzrə fəlsəfə doktoru.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə