veten informasiya agentliyi

Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır...

Tarix:9-04-2021, 18:37
Baxış Sayı:268

Bu döyüşdəki qələbədə ən böyük pay sahibi məhz şəhidlərimizdir. Bu döyüşlərdə İsmayıllı rayonu da bir şəhid vermişdir. Həmin döyüşlərdə rayonunun Maçaxı kəndində doğulub boya başa çatmış, Sumqayıt Dövlət Universitetində ali təhsil almış, Mikayıl Yaqub oğlu Vahabzadə də şəhid olub. O, 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və neytral zonada qalıb. Aprel ayının 8-də isə atəşkəsdən sonra götürülüb və aprelin 9-da doğulub boya-başa çatdığı Maçaxı kənd Qəbirstanlığında dəfn olunub.

Bu gün Mikayılın anım günündə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti nümayəndələri və gənclər karantin qaydalarına əməl etməklə, ailəsi ilə birlikdə Mikayılın məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə qərənfillər düzüb, ruhuna dualar oxuyub, ailəyə səbr, dözüm diləyib, başsağlığı veriblər. Sonra rayon rəhbərliyi şəhidin böyüyüb boya-başa çatdığı evdə olub, onun ev muzeyinə baxış keçiriblər. Üçrəngli Bayrağımızı, Vətənimizi canından çox sevən, bu sevgi yolunda canından keçən Mikayılın haqqında kitab yazılmış, sənədli film çəkilmiş, çox sayda məqalələr, şeirlər həsr olunmuşdur. Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Ad günlərində, bayramlarda, Aprel Döyüşlərinin ildönümü günlərində, Mikayılın məzarını ziyarət etməyə çoxsaylı insanlar gəlir.

Bu gün həmçinin Mikayılın həmkəndlisi Vətən müharibəsində şəhid olan gizir Məmmədli Əşrəf Elman oğlunun da məzarı ziyarət olundu, ailəsinə baş çəkildi. Ailə ilə səmimi söhbət edildi. Hər iki şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə öz təşəkkürlərini bildirdilər. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsi həmişə ehtiramla anılır. Müzəffər Azərbaycan ordusu 44 gün ərzində Vətən müharibəsində bütün şəhidlərimizin qisasını aldı və bizə qələbə sevinci yaşatdı.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib

Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib

Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb