veten informasiya agentliyi

Sağlamlıq imkanları məhdud uşaqların (SİMU) təkrar müayinəsi

Tarix:6-04-2021, 16:32
Baxış Sayı:579

 Sağlamlıq imkanları məhdud uşaqların (SİMU) təkrar müayinəsi



Məlumat üçün bildiririk ki, sağlamlıq imkanları məhdud uşaqlar (SİMU) 18 yaşına çatdıqda onların bu statusu başa çatır. Qanunvericiliyin tələbi və beynəlxalq təcrübəyə uyğun olaraq, zəruri prosedur kimi 18 yaşdan həmin uşaqlara müvafiq əlillik dərəcəsi təyin edilməlidir.
Bir çox hallarda valideynlər bu barədə məlumatsız olduqlarından, sağlamlıq imkanları məhdud uşaqları 18 yaşına çatdıqda sosial ödənişlərin dayanmasını uşaqlarının əlilliyinin ləğvi kimi başa düşürlər. Ona görə valideynlər uşaq 18 yaşına çatdıqda qanunvericiliyə müvafiq olaraq ərazi səhiyyə müəssisəsinə müraciət etməli və uşağa əlillik dərəcəsi verilməsi üçün göndəriş (Forma-88) səhiyyə müəssisəsi tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin e-sisteminə daxil edilməlidir.
E-sistemə daxil edilən göndərişdə onu daxil edən səhiyyə müəssisəsini, şəxsləri, eyni zamanda göndərişin aid olduğu şəxsi müəyyən etməyə imkan verən bütün məlumatlar adsızlaşdırılaraq kodlaşdırılır. Beləliklə, yalnız göndərişdəki xəstəlik məlumatları əsasında obyektiv və şəffaf şəkildə əlillik dərəcəsinin təyin olunub-olunmamasına dair qərar qəbul edilir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin
İctimaiyyətlə əlaqələr şöbəsi

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər