veten informasiya agentliyi

Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlara təlimlər keçiriləcək

Tarix:5-04-2021, 10:41
Baxış Sayı:435

Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlara təlimlər keçiriləcək
Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlara təlimlər keçiriləcək

2021-ci il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlar üçün təlimlər davam etdirilir. İndiyə qədər düzən sahələrdə biçini aparacaq kombayn mexanizatorları üçün təlimlər keçirilib. Aprelin 5-dən etibarən “Aqroservis” ASC tərəfindən Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində “New Holland 5.90 Hillside” markalı taxılyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün ödənişsiz təlimlərə start veriləcək.
Məqsəd MDB məkanında ilk dəfə Azərbaycan Respublikasına gətirilən və çətin relyefli sahələrdə biçin aparan bu texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaq, onların kombaynlara düzgün texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəzlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarını artırmaqdır.
Təlimdə 4 qrupdan ibarət olmaqla ümumilikdə 40 mexanizator iştirak edəcək.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur.  Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir.
Təlimdən sonra keçirilən imtahanı uğurla keçən hər bir mexanizatora sertifikat təqdim edilir. Qeyd edək ki, sertifikatı olmayan mexaniztorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.

Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış