veten informasiya agentliyi

APREL ZƏFƏRİ İSMAYILLI QƏHRƏMANLARIMIZIN İZİ İLƏ!

Tarix:2-04-2021, 18:38
Baxış Sayı:338

APREL ZƏFƏRİ İSMAYILLI QƏHRƏMANLARIMIZIN İZİ İLƏ!
APREL ZƏFƏRİ İSMAYILLI QƏHRƏMANLARIMIZIN İZİ İLƏ!
APREL ZƏFƏRİ İSMAYILLI QƏHRƏMANLARIMIZIN İZİ İLƏ!
APREL ZƏFƏRİ İSMAYILLI QƏHRƏMANLARIMIZIN İZİ İLƏ!

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixə düşdü. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

İsmayıllıdan olan igid əsgərlərimiz də Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdirlər. İsmayıllı sakinləri həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalmış igid həmyerlimiz Mikayıl Vahabzadənin xatirəsini həmişə əziz tutur, onu ehtiramla yad edirlər.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsi həmişə ehtiramla anılır.

Vahabzadə Mikayıl Yaqub oğlu 1993-cü il iyun ayının 25-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. Mikayıl 2000-ci ildə Maçaxı kəndinin 4illik ibtidai məktəbinin 1-ci sinifinə gedib. Mikayıl 4illik orta məktəbi öz doğma kəndində fəallıqla başa vurduqdan sonra təhsilini davam etdirmək üçün 2004-cü ildə Tircan kəndində Musa Piriyev adına tam orta məktəbinə gedib. Mikayil Tircan kəndində də oxuduğu müddətdə öz fəallığı ilə müəllimlərinin hörmətini qazandı və Mikayıl 9-cu sinfi Tircan kəndində başa vurduqdan sonra 10-cu və 11-ci sinfi daha da yaxşı hazırlaşmaq məqsədi ilə Yeniyol kənd məktəbində 2illik təhsilini davam etdirib və 2011 ci ildə başa vurdu. Elə məktəbi bitirdiyi ildə yəni 2011-ci ildə istədiyinə nail oldu və Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakultəsinə qəbul oldu. Mikayıl 4illik universitet həyatında fəal olmaqla bərabər həm də işləyirdi ki, ailəsinin üstünə çox yük düşməsin. Beləliklə, Mikayıl 4illik Universitet həyatını 2015-ci ildə fərqlənmə diplomu ilə başa vurdu.Sonra isə Mikayılın çox səbirsizliklə gözlədiyi hərbi çağırış gəldi və o, 2015-ci ilin iyul ayında hərbi xidmətə yola düşdü. Hərbi həyatında da çox bacarıqlı olan Mikayıl komandirlərindən təşəkkür məktubu da almışdı. 2016-cı ilin 02-05 aprel tarixində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu və neytral zonada qaldı. Aprel ayının 8-də isə atəşkəsdən sonra götürülüb və aprelin 9-u doğulub boya başa çatdığı İsmayıllı rayonu Maçaxı kənd Qəbirstanlığına torpağa tapşırılıb.

Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edildi.

Aprel döyüşlərində qəhrəmanlıq göstərən igidlərimizdən biri də qazi Ağayev Yaşar Təvəkkül oğludur. Yaşar 1989-cu ilin iyul ayının 7-də İsmayıllı rayonunda anadan olub. 1996-cı ildə N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib və 8-ci sinfə qədər həmin məktəbdə oxuyub. Sonra Respublika Olimpiya Liseyində təhsilini davam etdirib. 2007-ci ildə həmin liseyi bitirib. 2007-ci ilin oktyabr ayında hərbi xidmətə gedib,hərbi xidməti başa vurduqdan sonra kiçik gizir (kiçik miçman) rütbəsi alaraq Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmətini davam etdirib. 2016-cı ilin aprel döyüşlərində gizir (miçman) rütbəsində iştirak edib və döyüşlər zamanı baş nahiyəsindən ağır yaralanıb. Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında müalicə alıb, daha sonra müalicəsi Türkiyədə davam etdirilib. Döyüşdən sonra baş gizir (baş miçman) rütbəsi alıb. Aprel döyüşlərindən sonra görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” 3-cu dərəcəli medalı ilə təltif edilib.

Bu gün xalqımız Qarabağ torpaqlarının işğaldan azad olunmasının sevincini yaşayır. 44 günlük Vətən müharibəsi də tarixi Aprel döyüşlərinin növbəti estafeti idi. Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bötüvlüyünün bərpa olunması uğrunda zaman-zaman aparılan müharibələr, döyüşlər, eləcə də tarixi Aprel döyüşləri zamanı canından keçərək şəhidlik zirvəsinə ucalan bütün vətən oğullarımızın əziz xatirəsini dərin hörmətlə anırıq!

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib