veten informasiya agentliyi

İsmayıllıda quzuqarnı mövsümü başlayıb

Tarix:1-04-2021, 16:40
Baxış Sayı:520

İsmayıllıda quzuqarnı mövsümü başlayıb
İsmayıllıda quzuqarnı mövsümü başlayıb
İsmayıllıda quzuqarnı mövsümü başlayıb
İsmayıllıda quzuqarnı mövsümü başlayıb
İsmayıllıda quzuqarnı mövsümü başlayıb

Zəngin təbiəti olan İsmayıllıda müxtəlif bitkilər bitir. Yazın əvvəlindən başlayaraq rayon ərazisində bu bitkilərin mövsümü başlayır. Mövsümə xarakterik olan, el arasında quzuqarnı adlanan göbələk növü rayonun meşəliklərində də rast gəlmək olar. Quzuqarnı mövsümü mart ayının ikinci ongünlüyündən başlayır və may ayınadək davam edir.

Bu göbələk növü digərlərindən dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə fərqlənir. Rəngi yarpaqlardan seçilmədiyindən onun yığılması olduqca çətindir. Meşədə əsasən qovaq ağaclarının altında tək-tək və qruplar halında bitir. Gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar.

Mart ayının əvvəllərində yağışlar çox yağarsa, quzuqarnı da bir o qədər bol olur. Bazar qiymətlərinə görə bir kiloqram quzuqarnı göbələyi 15-20 manatdır.

Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyub təmizlədikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzuqarnının kababını da hazırlamaq olar. Quzu əti qədər dadlı quzuqarnını istixana şəraitində yetişdirmək qeyri-mümkündür. Allergiya ola biləcəyi baxımından çiy halda yeyilmir.

Bu göbələk ayrı-ayrı bölgələrdə koman, liğiti, loğloğu və ya lokkur adları ilə də tanınır. Bitkinin özünəməxsus bir sıra əlamətləri də var. İnsan orqanizmi üçün faydalı olan quzuqarnı minbir dərdin dərmanıdır. Xalq təbabətində qan xəstəliklərinin müalicəsi üçün istifadə olunur. Bundan əlavə göbələyin bu növü gözlər üçün də faydalıdır.

Qeyd edək ki, bitkinin konservləşdirilmiş halda satışı yoxdur.

Təbiətin bəxş etdiyi bu nemətlərdən dadmaq üçün yerli turistlər İsmayıllı rayonuna təşrif buyurur.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib