veten informasiya agentliyi

"Aqrar İnkişaf Könüllüləri" Təşkilatı "Aqrar Mühəndislər" layihəsinin icrasına və iştirakçıların qəbuluna start verir

Tarix:26-03-2021, 13:34
Baxış Sayı:495

"Aqrar İnkişaf Könüllüləri" Təşkilatı "Aqrar Mühəndislər" layihəsinin icrasına və iştirakçıların qəbuluna start verir

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə “Aqrar Mühəndislər” layihəsinin icrasına və iştirakçıların qeydiyyatına start verilib.
"Aqrar Mühəndislər" layihəsinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan gənclərin aqrar sahəyə cəlb olunması, kənd təsərrüfatı sahəsində kadr potensialının artırılması və daha səmərəli istehsal sistemlərinin təşviq edilməsidir. Layihə müddətində gənclər mühəndislik texnologiyası biliklərinin aqrar sahədə tətbiq edilməsi haqqında geniş nəzəri və praktiki biliklər əldə edəcəklər.
Layihə 5 mərhələdə həyata keçirələcək. Layihənin ilk mərhələsində aqrar mühəndislik, layihələrin hazırlanması və idarə olunması üzrə təlimlər keçiriləcək. İkinci mərhələdə aqrar sahədə istehsal və emal müəssisələrinə ekskursiyalar təşkil olunacaq. Üçüncü mərhələ aqrar sahədə aktual mövzular üzrə müzakirələrə həsr olunacaq. Dördüncü mərhələdə ideyaların layihə formatında hazırlanması və münsiflər heyətinə təqdim edilməsini ehtiva edir. Layihənin sonuncu, beşinci mərhələsində isə seçilmiş gənclər üçün özəl və ya dövlət şirkətlərində qısamüddətli təcrübə proqramında iştirak etmək şəraiti yaradılacaq. Layihənin bütün mərhələlərini uğurla bitirən iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunacaq.
Layihə əsasən gənclərə (tələbələrə) ünvanlanıb və maraqlananlar onlayn formada təqdim olunan link (https://bit.ly/39aMwMq) vasitəsilə 31 mart 2021-ci il saat 23.59-a kimi müraciət edə bilərlər.
Layihə çərçivəsində bəzi tədbirlər “COVİD-19” pandemiyası səbəbindən onlayn formatda təşkil olunacaq.
Regionlarda aqrar sahənin inkişafının təşviqi, gənclərin bu sahəyə cəlb olunmasının təşkili, kənd təsərrüfatında kadr potensialının inkişafına dəstəyin göstərilməsi məqsədilə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı İctimai Birliyi 11 iyul 2018-ci il tarixində təsis edilib və 13 noyabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Təşkilat fəaliyyətə başladığı gündən aqrar sahə ilə bağlı mütəmadi tədbir və layihələr icra edir.
Layihə və müsabiqə ilə bağlı Ramiz Sultanova (r.sultanov@aik.az) müraciət edə bilərsiniz.

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı