veten informasiya agentliyi

İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü məzarı yanında qeyd olunub

Tarix:21-03-2021, 16:32
Baxış Sayı:280

İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü məzarı yanında qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü məzarı yanında qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü məzarı yanında qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü məzarı yanında qeyd olunub

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayıllı şəhər sakini Həmzəyev Novruz Bəkir oğlunun doğum günü uyuduğu şəhidlər xiyabanında məzarı yanında anılıb.

Anım mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhər İƏD üzrə nümayəndəlik, şəhidin yaxınları, gənclər və idman idarəsi, I-II Qarabağ müharibəsi iştirakçıları və şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarı ziyarət ediblər.

Yaşasaydı, Novruzun 29 yaşı olacaqdı. O, 1992-ci ilin martın 21-də İsmayıllı kəndində anadan olub. Məktəbi bitirdikdən sonra 2010-cu ildə hərbi xidmətə gedib. Xidmətini başa vurduqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Kəşfiyyatçı Manqa komandiri ixtisasını bitirib. Novruz İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlının giziri ZTR döyüş maşın komandiri kimi xidmət edib. Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda” və “Şuşa uğrunda “ döyüş medalı ilə təltif olunub.

Mərasim iştirakçıları rayonun Şəhidlər xiyabanını ziyarət edərək məzarlar önünə gül dəstələri, Novruzun atributlarından olan səmənilər qoyublar.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan mərasimdə idarə və təşkilatlarda iştirak edərək şəhidin ailə üzvlərinə başsağlığı veriblər.

Çıxışçılar şəhid Həmzəyevin şərəfli ömür yolundan danışıb. Qeyd ediblər ki, döyüş meydanından 127 şəhid və yaralı çıxarıb. Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilan, Suqovuşan və Talış kəndlərinin alınmasında xüsusi qəhrəmanlıq göstərib. Noyabrın 7-də Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Həmçinin bildirilib ki, Novruz 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib.

Qeyd olunub ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.

Şəhid Novruz Həmzəyevin oxuduğu şəhər 6 saylı tam orta məktəbinin şagirdləri onun xatirəsini şeirlərlə yad edib.

Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I-II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib