veten informasiya agentliyi

Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 14 il ötür

Tarix:19-03-2021, 16:28
Baxış Sayı:556

19 Mart Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 14-cü ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və bir qrup əməkdaşı Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ruhunu hörmətlə yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Daha sonra Dövlət Miqrasiya Xidmətinin aparatında qurumun yaradılmasının 14-cü ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramına həsr olunmuş mərasim keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov qurumun yaranma tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Ötən il dünyanı bürüyən Covid-19 pandemiyasının mənfi təsirlərinin qarşısını almaq üçün atılan mühüm addımlar, beynəlxalq müstəvidə həyata keçirilən qarşılıqlı əməkdaşlıqdan bəhs edib. Vüsal Hüseynov 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun Şanlı qələbəsini ötən ilin ən əlamətdar hadisəsi kimi səciyyələndirib. Dövlət Miqrasiya Xidməti əməkdaşlarının da döyüşlərdə iştirakının qürurverici məqam olduğunu bildirib.
Xidmət rəisi, Prezident İlham Əliyev tərəfindən bir qrup əməkdaşın ali xüsusi rütbələr və dövlət mükafatları ilə təltif etməsini Dövlət başçısının miqrasiya orqanlarının fəaliyyətinə verilən ən yüksək qiymət olduğunu xüsusi vurğulayıb. Vüsal Hüseynov DMX əməkdaşlarının bundan sonra vəzifələrinə məsuliyyətlə yanaşacaqlarına, vətəndaş məmnunluğunun təmin edilməsində peşəkarlıqla fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.
Daha sonra Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 14-cü ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar bir qrup əməkdaşın təltif edilməsi haqqında dövlət başçısının Sərəncamı, həmçinin Xidmət rəisinin imzaladığı əmrlər elan olunub. Xidmət tərəfindən təşkil olunan layihələrdə fəal iştirakına görə bir qrup Miqrasiya könüllüsünə isə sertifikat və hədiyyələr verilib.
Tədbirdə, həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən 2020-2021-ci illərdə görülən işlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, cənab Prezidentin müvafiq sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunmuş Azər Allahverənov göstərilən etimada görə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi QHT-nin bundan sonra da miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində fəal iştirak edəcəyini vurğulayıb.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib