veten informasiya agentliyi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri

Tarix:19-03-2021, 14:24
Baxış Sayı:424

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri

Kəpəz RPİ-yə müraciət edən Gəncə şəhər sakini T.Əsilbəyova martın 18-də saat 2 radələrində şəhər ərazisində bir nəfərin ona zor tətbiq edərək içərisində 205 manat pul, 2178 manat dəyərində mobil telefon və sənəd olan çantasını aldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Quliyev müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.

*
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qəbələ rayon sakini N.Babayeva Sabunçu rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı üzərindən 5 qram heroin, kirayədə yaşadığı mənzildən isə 3 kiloqram 470 qram heroin, 500 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

*
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini C.Məmmədovdan nömrəsi silinmiş “AKM” markalı avtomat, 2 ədəd patron darağı, 43 ədəd müxtəlif çaplı patron və 1 ədəd giliz götürülmüşdür.

*
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da şəhər ərazisindəki evlərin birindən 6550 ABŞ dolları və 2800 manat pul oğurlamaqda şübhəli bilinən zərərçəkənin qohumu E.Hüseynov müəyyən edilərək saxlanılmışdır.

*
Biləsuvar RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əcnəbi vətəndaş Ə.Rüstəmi saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 kiloqram 680 qram heroin, 2 kiloqram 785 qram metamfetamin, 145 qramdan artıq tiryək və 7 qramdan artıq metadon həbi götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 234-cü və 318-ci maddələri ilə cinayət işi başlanmışdır.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib