veten informasiya agentliyi

Ağcabədidə gənclərlə görüş keçirilmişdir.

Tarix:19-03-2021, 10:47
Baxış Sayı:250

Ağcabədidə gənclərlə görüş keçirilmişdir.
Ağcabədidə gənclərlə görüş keçirilmişdir.
Ağcabədidə gənclərlə görüş keçirilmişdir.

Mart ayının 17-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayevin gənclərlə görüşü keçirilmişdir.
Görüşü YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açmış, Azərbaycanın Dövlət Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Rövşən Əhmədov çıxış edərək demişdir ki, bildiyiniz kimi bir neçə gün əvvəl, mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilmişdir. Bu qurultay Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi hadisə olmuşdur. VI qurultaydan keçən 3 il ərzində ölkəmizdə bir çox önəmli hadisələr baş vermiş, dünya miqyasında gedən qlobal dəyişikliklər Yeni Azərbaycan Partiyasının siyasi proseslərə yeni prizmadan yanaşılması, yeni konsepsiyaların meydana çıxması baxımından növbəti qurultayın çağırılmasını zəruri etdi. Mən də qurultayda iştirak etmişəm. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin qurultayda söylədiyi fikirləri nəzərinizə çatdırıram: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, eyni zamanda Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yenilənmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tədbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfələrini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.”
Cənab Prezidentin çıxışında erməni işğalçıları üzərində qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa etməyimizi parlaq zəfər adlandıraraq demişdir: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Xalqımız birlik, həmrəylik, Ordumuz rəşadət, qəhrəmanlıq göstərdi. İqtidar-Xalq-Ordu birliyi öz bəhrəsini verdi. Hamı yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbə vurdu, tarixi torpaqlarımız işğaldan azad edildi.
Çıxışında cənab Prezident həmçinin Ulu Öndər Heydər Əliyevin müstəqilliyimiz, ölkənin iqtisadi və hərbi potensialının artırılması, xalqın rifah halının davamlı olaraq yüksəldilməsi istiqamətində çoxsahəli və qətiyyətli fəaliyyətinə bir daha toxunaraq, onun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini qeyd etdi. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarım müstəmləkə kimi yaşayırdı.
Partiya sədri onu da vurğuladı ki, 2003-cü ildə Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs vermiş, mənə etimad göstərərək Prezident seçmişdir. Mən seçkiqabağı Platformamda demişdim: Əgər xalq etimad göstərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. Həyat onu göstərdi ki, biz son 17 ildə doğrudan da böyük tarixi uğurlara imza atdıq. İndi Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, dünya siyasətində rolu olan, əhalisi rifah halında yaşayan bir ölkədir. Ölkədə həmrəylik və birlik hökm sürür, iqtisadiyyat inkişaf edir. Rövşən Əhmədov daha sonra çıxışında qeyd etdi ki, Qurultayda YAP-ın yeni Nizamnaməsi qəbul edildi, struktur dəyişikliyi aparıldı: Partiyanın 40 nəfərdən ibarət İdarə heyəti, 13 nəfərdən ibarət təftiş komissiyasının tərkibi, 35 nəfərdən ibarət yeni bir qurumun- Veteranlar Şurasının yaradılması barədə qərar qəbul edildi. Yeri gəlmişkən, Partiyada uzunmüddətli və səmərəli fəaliyyəti nəzərə alınaraq, Ağcabədili Deputatımız Tahir Rzayev də həmin tərkibə seçilmişdir.
Qurultayda həmçinin 6 siyasi Partiyanın- Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycanın kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycanın Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat partiyasının, Azərbaycan Demokrat Sahibkarlar Partiyasının YAP-a qoşulmaq barədə müraciətlərinə baxıldı və onların YAP-a qoşulması barədə qərar qəbul edildi.
Tədbirdə Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev gənclər qarşısında geniş çıxış edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın həyatında müstəsna rol oynayan, gələcəkdə də bu tarixi missiyanı şərəflə davam etdirməyə qadir, Ulu Öndər Heydər Əliyevin ideyalarından güc alan möhtəşəm bir siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyasının Vll qurultayında bir çox məsələlərə toxunulmuşdur. Bunlardan ən önəmlisi öz ərazi bütövlüyümüzü bərpa etməyimiz və tarixi ədalətin təmin edilməsi olmuşdur. YAP-ın ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verən Tahir Rzayev çıxışında azərbaycan gəncliyinin böyük bir siyasi qüvvə olduğunu, əcdadlarımızın qəhrəmanlıq ənənələrini yaşadan, vətənpərvərliyi ilə seçilən qeyrətçi gənclərin timsalında gələcəyimizin etibarlı əllərdə olduğunu vurğuladı.
Tədbirdə YAP Gənclər Birliyinin sədr müavini Cavid Bünyadov, Gənclərin İnkişaf və Karyerası Mərkəzinin direktoru Əli Əhmədov, Gənc YAP fəalı Əliş Həsənli, YAP Ağcabədi rayon təşkilatında məsləhətçi Behbud Quluzadə çıxış edərək qeyd etdilər ki, Yeni Azərbaycan Partiyasinin VII qurultayi həm ölkəmiz həm də partiyamiz üçün mühüm içtimai siyasi hadisədir. Sonuncu qurultaydan 3 il keçməsinə baxmayaraq çox böyük siyasi, iqtisadi nailiyyətlər əldə olunub. Ən əsasi isə 44 günlük vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və xalqımizin əzmkarlığı sayəsində möhtəşəm qələbə qazanılıb. Artıq ərazi bütövlüyümüz bərpa olunub. Artıq tarixi ədalət bərpa olunub. Heç kimə sirr deyilki, biz bu müharibəyə 28 ildi həm hərbi, həm siyasi, həmdə iqtisadi cəhətdən hazırlanmişdıq. Dəfələrlə cənab İlham Əliyevin sülh çağırışlarına baxmayaraq, Ermənistan öz təcavüzkar siyasətindən əl cəkməmişdir. Nəticədə sonuncu təxribat xarakterli hərakatların qarşisi uğurlu əks hücumla alındı.”Dəmir yumruq”sayəsində düşmən geri cəkilməyə məcbur oldu. O “Dəmir Yumruq” ki, onun adı altinda bütün gənclərimiz, bütün xalqımız bir oldu.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib