veten informasiya agentliyi

Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir

Tarix:12-03-2021, 18:31
Baxış Sayı:252

Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə  yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir

Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə icra etdiyi əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsində Hökumətin səylərinə dəstək məqsədi daşıyan layihənin Rəhbər Komitəsinin iclası olub.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Birinci vitse-prezidentin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev, layihə heyəti və b. iştirak edib.
Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, müharibə iştirakçılarına göstərdiyi xüsusi qayğını qeyd edən S.Babayev bu istiqamətdə reallaşdırılan tədbirləri diqqətə çatdırıb. Nazir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə icra etdiyi layihənin də bu sahədə aparılan işlərə dəstək məqsədi daşıdığını deyib. O, 2019-cu ilin fevralından başlayan layihənin komponentləri üzrə hədəf qruplarının məşğulluq və özünüməşğulluq, əmək bazarına çıxış imkanlarına yiyələnmələri üçün aparılan işlərin önəmini diqqətə çatdırıb. Hədəf qruplarına biznes-planın hazırlanması, biznes ideyalarını reallaşdırmaq, bacarıqlarını artırmaq və s. üçün təşkil olunan təlimlərin, həmçinin biznes ideyalarını həyata keçirmələri üçün aktivlərlə təchizat işlərinin önəmini qeyd edib.
S.Babayev layihə çərçivəsində İnklüziv İncəsənət Məktəbinin yaradılmasının əhəmiyyətindən bəhs edib. Məktəbdə əlilliyi olan tələbələrə rəsm, toxuculuq, oymaçılıq və s. istiqamətlər üzrə təlim kurslarının təşkil edildiyini, burada hazırlanmış məhsulların satış sərgisinin də təşkil edildiyini diqqətə çatdırıb. İnklüziv İncəsənət Məktəbində hazırlanan məhsulların yeni yaradılacaq Binəqədi DOST mərkəzində də nümayişi və satış- sərgisinin təşkil olunacağını bildirib.
İclasda iki illik layihənin komponentləri üzrə aparılan işlər, layihəyə yeni dəstək istiqamətlərinin əlavə olunması və yeni komponentlər üzrə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər rayonlarında fəaliyyətlərin icra edilməsi, layihənin müddətinin bu ilin sonunadək uzadılması və s. məsələlər müzakirə olunub.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb