veten informasiya agentliyi

Aqrar Sığorta Fondu Şəki və Qaxda fermerlərlə görüşlər keçirib

Tarix:11-03-2021, 09:45
Baxış Sayı:298

Azərbaycanda yeni tətbiq edilən aqrar sığorta mexanizminin təbliği, eləcə də, bölgə fermerlərini bu yenilik barədə məlumatlandırmaq məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi regionlarda fermer və iş adamları ilə görüşlər keçirib.
Şəki və Qax rayonlarında yerli icra hakimiyyətləri və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaxından dəstəyi ilə keçirilən görüşlərdə fermerlərə aqrar sığorta mexanizmi, aqrar sığortanın əhatə etdiyi bitki və məhsullar, eləcə də fermerləri hansı risklərdən qoruyacağı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, aqrar sığorta mexanizminin 2020-ci ilin noyabr ayından tətbiqinə başlanılıb. Hazırda aqrar sığorta vasitəsilə südlük inək və camışları (1-7 yaş), 14 növ bitki növünü (bağda, arpa, qarğıdalı, kartof, çəltik, üzüm, limon, naringi, portağal, fındıq, şəkər çuğunduru, tütün, pambıq) eləcə də balıqları sığortalamaq mümkündür.
Fermerlərə dəstək olaraq hesablanmış sığorta haqlarının 50%-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə öz təsərrüfatlarını ən vacib risklərdən qoruya bilirlər.
Fondun rəhbərliyi və nümayəndələri bu məhsulların, xüsusilə də Şəki və Qax bölgəsi üçün xüsusilə əhəmiyətli olan fındıq və tütün bitkilərinin sığortalanması şərtləri və qaydaları, sığorta haqları barədə ətraflı məlumat verib, fermerlərin çoxsaylı suallarını cavablandırıblar.
Fermerlər mal-qaranın, buğda və qarğıdalı əkinlərinin, tütün məhsullarının, fındıq bağlarının sığortalanmasının qaydaları, əhatə etdiyi risklərlə maraqlanıblar. Bəzi iş adamları fəaliyyətləri zamanı təbiət hadisələri və digər hallar nəticəsində zərərlə üzləşdikləri halları xatırladıb, aqrar sığorta ilə bağlı təkliflərini səsləndiriblər.
Eyni zamanda, bəzi fermerlər icarəyə və istifadəyə verilən torpaq sahələrində aparılan əkinlərin sığortalaniması imkanları ilə maraqlanıblar. Görüşdə bildirilib ki, qanunvericiliyə əsasən hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş əkin sahələri və kənd təsərrüfatı heyvanları sığortalanır.

Fermerlərə bildirilib ki, əkinlərini və təsərrüfatını sığorta etmək istəyənlər birbaşa Aqrar Sığorta Fonduna, eləcə də bölgələrdə fəaliyyət göstərən və aqrar sığorta sistemi ilə əməkdaşlıq edən özəl sığorta şirkətlərinin filiallarına müraciət edə bilərlər.
Xatırladaq ki, Aqrar Sığorta Fondunun bölgələrdə keçirdiyi görüşlərdə məqsəd fermerlərin aqrar sığorta barədə məlumatlandırılması ilə yanaşı, onlardan fəaliyyətlərində qarşılaşdıqları və bölgə üçün xarakterik risklər barədə məlumatları toplamaqdır. Bu görüşlərin nəticəsində əldə olunan məlumatlar təhlil edilərək Fondun gələcək fəaliyətində, o cümlədən aqrar sığortanın əhatə etdiyi risklərin genişləndirilməsində istifadə ediləcək.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib