veten informasiya agentliyi

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Beynəlxalq Simpoziumda onlayn iştirak edib

Tarix:1-03-2021, 17:56
Baxış Sayı:267

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Beynəlxalq Simpoziumda onlayn iştirak edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov Türkiyənin Aksaray Universiteti və Ankara Universiteti İlahiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilən “II Beynəlxalq Din Sosiologiyası” Simpoziumunda məruzə ilə onlayn iştirak edib.

Simpoziumun açılışında A.Qənbərov iştirakçıları Dağlıq Qarabağ problemi ilə bağlı mövcud vəziyyətlə tanış edərək, 27 sentyabrdan başlayan təxribatın qarşısının alınmasında Müzəffər və Şanlı Ordumuzun əks-hücum əməliyyatlarında Türkiyə Dövləti və xalqına Azərbaycana siyasi, diplomatik və ictimai müstəvidə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Beynəlxalq Simpoziumda “Nəzəri və metodoloji baxımdan Azərbaycanda din sosiologiyası çalışmaları” mövzusunda məruzə ilə çıxış edən A.Qənbərov Azərbaycanda din sosiologiyasının tədrisi ilə bağlı məsələləri işıqlandırıb və bu sahədə aparılan tədqiqatları nəzəri baxımdan təhlil edib.

22-24 oktyabr 2020-ci il tarixlərində baş tutan “II Beynəlxalq Din Sosiologiyası” Simpoziumunda Türkiyənin və dünyanın müxtəlif universitetlərindən olan din sosioloqları və aparıcı elm xadimləri “Din sosiologiyasının müasir problemləri”, “Dini qruplar”, “Sekulyarizasiya və din”, “Gender problemi və din”, “Pandemiya və din: COVID - 19” və s. mövzularda plenar iclaslarda işitirak edib, geniş müzakirələr aparıblar.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb