veten informasiya agentliyi

Əhməd Əhmədzadə: Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı

Tarix:22-01-2021, 12:19
Baxış Sayı:284

Əhməd Əhmədzadə: Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə -Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir.

Bu məqsədlə hələ regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının prioretitet istiqamətlərindən biri kimi seçilmişdi. Bu siyasət sonrakı illər də davam etdirilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2014-cü il ölkədə “Sənaye ili” elan edilmişdir. Ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda geniş miqyaslı sənayeləşmə siyasəti həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır.
Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, məhsul istehsalının həcmi artmışdır. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Xüsusilə təqdirəlayiq haldır ki, bu dinamik inkişaf dünya miqyasında qlobal iqtisadi böhran və pandemiya fonunda gedir. “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən, dünya ölkələrinin rəqabətqabiliyyətliliyi reytinqində Azərbaycan illərdir ki, öz reytinqini qoruyub saxlayır və ardıcıl olaraq MDB məkanında öz liderlik mövqeyini qoruyub saxlayır.
Dövlət başçısının müvafiq Fərmanı ilə növbəti mərhələdə ölkəmizin dayanıqlı inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdir. Konsepsiyanın əsas hədəflərindən biri qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı və adambaşına düşən qeyri-neft ixracının artırılmasıdır.
Azərbaycan sənayenin sürətli inkişafı üçün güclü potensiala və bu sahədə zəngin ənənələrə malikdir. Hələ 19-cu əsrin ikinci yarısında Bakıda neft istehsalının genişlənməsi yalnız neft sektorunun deyil, digər sahələrin də inkişafına imkan yaratmışdı. Ötən əsrin 70-80-ci illərində isə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ölkədə güclü sənaye potensialı formalaşdırılmışdır. Həmin dövrdə yaradılmış neft maşınqayırması kompleksi, dərin özüllər, məişət kondisionerləri, radio-quraşdırma, elektron-hesablama maşınları zavodları və digər iri müəssisələr nəinki respublikanın, hətta keçmiş SSRİ-nin bu sənaye məhsullarına olan tələbatının böyük hissəsini ödəyir, həmçinin bir çox xarici ölkələrə məhsul ixrac olunurdu. Bununla yanaşı, neft sənayesi üçün mütəxəssislərin hazırlanmasında Azərbaycan dünyada tanınmış mərkəzlərdən biri idi.
Müstəqilliyin ilk illərində “Əsrin müqaviləsi”nin imzalanması və transmilli layihələrin icrası ilə başlanmış uğurlu neft strategiyasının həyata keçirilməsi neft-qaz sənayesi ilə yanaşı, digər sənaye sahələrinin də inkişafına təkan vermişdir. Eyni zamanda, “Əsrin müqaviləsi” neft-qaz və onunla əlaqəli sahələrdə yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına, sənayenin kadr təminatının yaxşılaşmasına zəmin yaratmışdır.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq son 15 ildə ölkə sənayesinin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu dövrdə sənaye sahəsinə investisiyalar yatırılmış, modern və müasir tələblərə uyğun rəqabət qabiliyyətli sənayenin yaradılmasına yönəlmiş tədbirlər real nəticələr vermişdir. Bu illər ərzində Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Qaradağ metal konstruksiyalar, Qaradağ sement zavodunun yeni istehsal xətti, Gəmiqayırma zavodu, eləcə də energetika, maşınqayırma, qida, məişət cihazları, tikinti materialları və digər sahələrdə yüzlərlə müasir sənaye müəssisəsi istifadəyə verilmişdir.
Bütün bunlarla yanaşı, ölkəmizdə əvvəllər mövcud olmayan müdafiə, kosmik və alternativ enerji sənaye sahələri yaradılmışdır.
Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.
Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə