veten informasiya agentliyi

Eldar Yunusov: İşğal olunmuş torpaqları düşməndən azad etdirərək tarix yazan sərkərdə

Tarix:22-01-2021, 11:27
Baxış Sayı:340

Eldar Yunusov: İşğal olunmuş torpaqları düşməndən azad etdirərək tarix yazan sərkərdə

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov - Bildiyimiz kimi 30 ilə yaxındır ki, Azərbaycan Respublikasının torpaqlarının bir hissəsi təcavüzkar ermənilər tərəfindən işğal olunub. Bu hərəkətləri də ermənilərin nə qədər acgöz, təcavüzkar bir ölkəsi olduğundan xəbər verir və ölkələr arasında münaqişəyə səbəb olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bu münaqişəni sülh yolu ilə həll etmək istəsə də bəzi ermənipərəst ölkələr bu məsələni həll etmək istəmirlər. Minsk qrupu həmsədri olan üç ölkə Rusiya, Fransa və ABŞ işğalçı ölkə olan Ermənistana təzyiq etməyib. Əslində Minsk qrupu həmsədrləri BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər. Ancaq Minsk qrupu Ermənistanın Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmasına etiraz etmirlər. Biz bilirik ki, qanunsuz məskunlaşma beynəlxalq cinayətdir və Cenevrə konvensiyalarına ziddir. Təcavüzkar ölkə Ermənistan Dağlıq Qarabağ torpaqlarını zəbt etməsi ilə kifayətlənməyib dəfələrlə atəşkəsi pozub, digər şəhər və rayonlarımıza da göz dikiblər. Buna misal olaraq aprel və iyul aylarında olan döyüşləri göstərmək olar. Növbəti dəfə 27.09.2020-ci ildə ermənilər atəşkəsi pozaraq Azərbaycana hücum edərkən Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən rəşadətli ordumuz əks hücum əməliyyatına başladı. Əks hücum əməliyyatı zamanı rəşadətli ordumuzun şücaəti nəticəsində düşmənin layiqli cavabını verərək Azərbaycanın olan Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları ilə yanaşı 150-dən çox kəndini işğaldan azad etdilər. Rəşadətli ordumuz hal- hazırda digər rayonlarımızın alınması uğrunda döyüşlər aparır. Ermənistan dövlətinin bizim ordumuzla hərbi döyüşdən qorxduğunun əyani sübutu budur ki, onlar rəşadətli ordumuzun göstərdiyi müqavimətdən qorxaraq Cenevrə konvesiyalarına zidd olaraq mülki əhalini atəşə tutur. Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə şəhərini ballistik, Bərdə şəhərini S-300 raketləri ilə, Ağcəbədi, Tərtər, Goranboy, Naftalan və digər şəhər və rayonlarımızı atəşə tutaraq bir neçə nəfər mülki vətəndaşı qətlə yetirib, bir neçə nəfər vətəndaşı evsiz-eşiksiz qoyublar. Ən dəhşətlisi odur ki, mülki əhalini gecə saatlarında atəşə tutublar və neçə uşağı valideynsiz, neçə valideyni uşaqsız qoyublar. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində doqquz məktəbli həlak olmuşdur. Bu da ermənilərin nə qədər zəif, qəddar, vəhşi, zalım və təcavüzkar bir millət olmasından xəbər verir.
Çox təəssüf hissi ilə bildirirəm ki, Dünya birliyi ermənilərin törətdiyi bu zalımlıqlara, terrorlara biganə qalır.
Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidentinin, tarix yazan sərkərdəsinin ölkəsi üçün göstərdiyi gücündən, düzgün apardığı siyasətdən güc alan rəşadətli ordumuz döyüş bölgəsində tökülən qanların qisasını düşməndən layiqincə alır.
Bu gün ordumuzun göstərdiyi əzm, şücaət, döyüş, xalqımızın bir olması, güclü olması prezidentimiz İlham Əliyevin güclü olmasından ilhamlanaraq güclü olması deməkdir. Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşduğu üçün, üçrəngli bayrağımızı həmin torpaqlarda dalğalandırdığı üçün

Azərbaycan Respublilasının Prezidenti İlham Əliyev cənabına və güclü hərbi ordusuna borcludur!

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb