veten informasiya agentliyi

Ucardan şikayət var... - Kütləvi müraciət

Tarix:22-12-2016, 12:50
Baxış Sayı:626

Ucardan şikayət var... - Kütləvi müraciət

Bolgexeber.com-un elektron ünvanına Ucar rayon sakinləri tərəfindən şikayət məktubu daxil olub. Vətəndaşlar Ucar RTŞ-nin müdiri Fuad İsrayiovun yarıtmaq fəaliyyəti ilə bağlı narazılıqlarını bildirir. Məktubun məzmunu ilə sizləri tanış edirik:

"Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrayılovun yarıtmaz fəaliyyəti nəticəsində orta məktəblərdə istilik sisteminin olmamasından şagirdlərin əksəriyyəti ciddi xəstələnib dərsə gedə bilmirlər. Ucar rayonunun məktəblərində istilik sisteminin işləməməsinə görə məktəbli uşaqlarımıza soyuq siniflərdə dərs keçirilir ki, bu açıq-aşkar işgəncədir. Nəticədə də uşqalarımız soyuqdan xəstələnirlər.

Ucar şəhər 6 № li orta məktəbdə 29 sinif var və 600 nəfər şagird təhsil alır. Həmin məktəbdə qazın kəsilməsinə görə istilik sistemi yoxdur. Şagirdlər və müəllimlər sinifdə papaqla, şərflə, paltonlarla oturub dərs keçirlər.Məktəbin şagirdlərinin yarsı soyuqdan xəstələnib dərsə getmirlər, bir çox valideyinlər isə soyuq sinifdə dərs keçməsinə görə uşaqlarını məktəbdən çıxarıblar. Ucar şəhəri 1 və 5 nömrəli orta məktəblərində də bu problem var. İstilik sistemi yoxdur deyə valideyinlər övladlarını məktəbə getməyə qoymurlar.

Azyaşlıların zülümü ərşə çəkilsədə isti kabinetindən çölə çıxmayan Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrayılov heç bir tədbir görmək istəmir.Çünki bu adamı ancaq öz maddi maraqları düşündürür. Rayonun bir neçə yerində restoranları, ticarət obyektləri fəaliyyət göstərir, Məlikballı kəndində böyük ferması , bahalı avtomaşınları, rayonda və Bakı şəhərində evləri var. Özü isə uzun müddətdir ki, xəstəliyini bəhanə edib heç bir işə yaramır.Təhsil Naziri Mikayıl Cabbarovda onun öhdəsindən gələ bilmir.

Bu vəzifəyə gəlməmişdən əvvəl Fuad İsrayılov kənd soveti sədri olub. O, pedaqogikadan tam uzaq bir adamdır. Belə yaramazın bu vəzifədə qalması Ucar rayon təhsil sitemini tamamilə iflic edib. Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya və Təhsil Naziri cənab Mikayıl Cabbarova müraciət edib xahiş edirik Ucar rayonunda istilik sistemi işləməyən orta məktəblərə nəzarət edilməsinə tapşırıq verəsiniz və başı kommersiya fəaliyyətinə, pul toplamağa qarışmış Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrayılovun barəsində ciddi tədbirlər görəsiniz. Onu təhsil sistemindən kənarlaşdırmaq lazımdır".

İmza Ucar rayon sakinləri
Cəbrayılov Zahid Vaqif oğlu
Əliyev Rasim Sahib oğlu
Səmədov Davud Qadir oğlu
Məmmədov Əli Zəki oğlu
Qasımov Teymur Osman oğlu və digərləri

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib