veten informasiya agentliyi

Ömrü İşıq olan İnsan!

Tarix:16-01-2021, 18:09
Baxış Sayı:365

Ömrü İşıq olan İnsan!


Ürək dostuma ürək sözlərim. Və ya Professor İbrahim Cəfərovun 65 illik yubleyinə dost təbriki.

Mənim üçün həyatda ən çətin olan özümə doğma bildiyim insan üçün təbrik yazmaqdır. Hələ bu təbrik edəcəyim adam Azərbaycanımızın Böyük Alimi, tanınmış Ziyalısı İbrahim müəllim olarsa lap çətin olar. İbrahim müəllim üçün necə təbrik yazım ki, tərif olmasın. Amma yazının səmtini neçə dəfə dəyişsəm yenə də təriflə uzlaşmalı oluram. Axı necə tərif etməyim ki? Tərif etməyim və yazmağım üçün minlərlə səbəbim var. Səbəblərimi sıralama yazsam nəin ki, bir yazı heç bir kitab da bəs eləməz. Buna yazı yazan kimi həm mənim haqqım var həm də haqqında yazdığım İbrahim müəllimin haqqı var.

Ömrü İşıq olan İnsan!
Tam əminliklə deyim ki, bu haqqı Professor İbrahim Cəfərov 65 illik ömrünün hər anında qazanıb. Professor İbrahim müəllim nəinki mənim, rəhbərlik elədiyi Azərbaycan Dövlət Aqrar Universitetinin çoxminlik tələbələrinin, professor-müəllim heyətinin də dostudur. Professor İbrahim Cəfərovun özündən dəfələrlə müsahibə almışam. Rəhbərlik etdiyi Universitetdən dəfələrlə reportajlar hazırlamışam. Hər səfərimdə də tələbələrin və bütün universitet heyətinin İbrahim müəllimə olan Böyük Sevgisinin şahidi olmuşam. Hər dəfə də düşünmüşəm ki, İlahi, bu qdər insanın sevgisini qazanmaq, bu qədər insanın sevimlisi olmaq doğrudanmı mümkündir? Bəli, mümkündir! İbrahim müəllim təkcə bu sevgini qazanmaqla kifayətlənməyib. Universitetə rəhbərlik etdiyi 8 il ərzində bir çox mümkünsüzlüyi mümkün edib. Bu gün ADAU-in tələbələri heç kimə minnətçi düşmədən, heç kimə ağız açmadan dərslərini oxuya və imtahanlarını çox asanlıqla verə bilirlər. Geniş və işıqlı tədris otaqları, yeni tikilmiş və yedidən əsaslı təmir olunmuş tədris korpusları və tələbə yataqxanaları tələbələrin xidmətindədir. Bunu Universitetə səfəri zamanı Cənab Prezidentimiz İlham Əliyev də bildirib. Cənab Prezident Aqrar Universitetin ölkəmizin təhsilindəki və aqrar sahədəki rolundan da danışıb. İbrahim müəllimin alim kimi də təşkilatçı-ictimayətçi kimi də ömrü və həyat yolu zəngin olub həmişə.
Ömrü İşıq olan İnsan!

 İbrahim Cəfərov 1985-ci ildə "Azərbaycan Kənd Təssərrüfatı İnstitu"-nun "Bitki mühafizəsi” fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası ”Fitopatologiya” kafedrasının əyani aspiranturasına qəbul olub. 1989-cu ildə namizədlik, 2006- cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 2010-cu ildə professor elmi adını alıb. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Azərbaycan Respublikası prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib.

Ömrü İşıq olan İnsan!
İbrahim Cəfərov hər zaman dövlətə-dövlətçiliyə, Ulu Öndərin ideyalarına və onun siyası kursuna ləyaqətlə xidmət etmişdir.

Heç təsadüfü deyildir ki, İbrahim müəllim Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Vətənə xidmətə görə”ordeni ilə, “Azərbaycan Xalq Cümhuriyyətinin  100 illiyi”  (1918-2018) Azərbaycan Respublikasının yubiley medalı, ilə təltif edilib.
 Yuxarıda qeyd etdiyim Professor İbrahim Cəfərov haqqında qısa tanıtım idi. Əminəm ki, onu tanıyanlar daha çoxunu bilirlər. Və deyərdim ki, bütün bu sadaladıqlarımın hamısına laiqdir İbrahim müəllim!
Sonda bir daha dəyərli dostumu, məmləkətimizin sayılan Aydınını, Böyük Alimimizi ürəkdən təbrik edirəm. 65 yaşınızda yazacağım bunlar olsun. Allah nəsib eləsin ki, bundan sonrakı yubley yaşlarınızda daha geniş təbrik yazaq. Çox yaşayın əziz İbrahim müəllim!


Sizə qardaş sevgisiylə: Yusif Məhəmmədoğlu

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə