veten informasiya agentliyi

Şərəfli alim ömrü

Tarix:16-01-2021, 17:49
Baxış Sayı:910

 

Şərəfli alim ömrü

Səmərəli fəaliyyətinin böyük hissəsini ADAU-ilə bağlayan ömrünü, illərini elmə, təhsilə həsr etmiş, dəyərli ziyalılarımızdan biri də, həyatının ən gözəl çağında 65 illiyini  qarşılayan AMEA-nın müxbir üzvü aqrar elmlər üzrə elmlər doktoru, professor İbrahim Cəfərovdur.

Yüksək insani  keyfiyyətləri, sadəliyi, səmimiyəti, obyektivliyi, xeyirxahlığı onu tanıyanları heyran qoyur.
 
İbrahim Cəfərov 1985-ci ildə Azərbaycan Kənd Təssərrüfatı İnstitunun “ Bitki mühafizəsi” fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası ”Fitopatologiya” kafedrasının əyani aspirantı olub, 1989-cu ildə namizədlik, 2006- cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 2010-cu ildə professor elmi adını alıb. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.
Azərbaycan Respublikası prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.
Bu müddətdə universitetdə şəffaflığın təmin olunması, tələbələrə diqqət və qayğı, istər təlim prossesində istərsədə qarşılaşdıqları problemlərin həllində onlara kömək göstərilməsi və düzgün istiqamətləndirilməsi ADAU-da bir tədris standartına çevrilmişdir.
Onun fəaliyyəti dövründə ADAU-da yüksək ixtisaslı kadrların hazırlanması üçün hər bir şərait yaradılıb.
Universitetdə son illər bir sıra Dövlət Proqramları uğurla icra olunub, Avropanın təhsil məkanına inteqrasiya istiqamətində tədbirlər həyata keçirilib, bir neçə dildə tədrisin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi və s. bütün bunlar universitetin reytinqini artırmaqla, ən yüksək bal toplamış tələbələrin məhz bu universiteti seçmələrinə səbəb olmuşdur. AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun rəhbərliyi ilə görülən işlər, qarşıya qoyulan bütün məqsədlərə nail olunacağına böyük inam yaratmışdır.
İbrahim Cəfərov hər zaman dövlətə-dövlətçiliyə, Ulu Öndərin ideyalarına və onun siyası kursuna ləyaqətlə xidmət etmişdir.
Heç təsadüfü deyildir ki, alim Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Vətənə xidmətə görə”ordeni ilə, “Azərbaycan Xalq Cümhuriyyətinin  100 illiyi”  (1918-2018) Azərbaycan Respublikasının yubiley medalı, ilə təltif edilib.

Professor İbrahim Cəfərov elmi-təşkilatı fəaliyyəti ilə yanaşı, ölkənin ictimai-siyasi həyatında da fəal rola malikdir. Onun təşəbbüsü ilə orduya dəstəyi mənəvi borc bilərək “ Silahlı Qüvvələrə Yardım Fonduna”  “YAŞAT” fonduna eləcə də “Koronovirusla Mübarizəyə Dəstək” fonduna  ADAU tərəfindən müəyyən məbləğdə vəsait köçürülüb.

İnsanlara bağlılıq, xeyirxahlıq onun yalnız insanlıq, vətəndaşlıq potensialı deyil, onun həyatının tərkib hissəsi, varlığının əsas atributudur.

İbrahim Cəfərov həyat yolunun 65-ci ilini böyük ruh yüksəkliyi və yeni elmi ideyalarla qarşılayır.

Biz də elmin çətin və şərəfli yollarında, yeni alimlər nəslinin yetişdirilməsində ona yeni yeni uğurlar arzulayırıq.

 
  Dosent.,  Aynur Həsənova
Aqrar elmləri üzrə fəlsəfə doktoru:

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər