veten informasiya agentliyi

Novruz Aslanovun şəhid və qazi ailələri ilə görüşü davam edir

Tarix:7-01-2021, 11:30
Baxış Sayı:28

Novruz Aslanovun şəhid və qazi ailələri ilə görüşü davam edir

Dekabrın 6-da millət vəkili növbəti dəfə İsmayıllı rayonuna səfər edərək, öncə İsmayıllı şəhərində yaşayan şəhid Şıxıyev Vüqar Xalid oğlunun və şəhid polkovnik-leytenant Tağıyev Ruslan Fuad oğlunun ailələrinə baş çəkmiş, ailə üzvləri ilə səmimi söhbət etmiş və onlara baş sağlığı vermişdir. Daha sonra İsmayıllı şəhərində yaşayan Vətən Müharibəsi qazisi Novruzov Vüqar Əliağa oğlu ilə görüşmüş, ona döyüşlərdə göstərdiyi igidliyə görə təşəkkür etmiş və qazandığı medallar münasibəti ilə təbrik etmişdir.

Novruz Aslanov İsmayıllı şəhəri ilə yanaşı bir neçə kəndə də şəhid ailələri və qazilər ilə görüşmüşdür. Belə ki, Qurbanəfəndi kəndində yaşayan Mürsəliyev Sübhi Balamirzə oğlunun ailəsində olmuş, şəhid Sübhinin və atası Balamirzə kişinin dünyalarını dəyişməsi ilə bağlı ailə üzvlərinə baş sağlığı vermişdir. Daha sonra Sumağalı kəndində yaşayan Qəhrəmanlı Təvəkkül Hafiz oğlunu və Məmmədzadə Zöhrab Rövşən oğlunun ailəsi ilə görüşmüşdür. Xanagah kəndində yaşayan şəhid Babayev Kamal Eynulla oğlunun ailəsi millət vəkilinin gəlişindən məmnun olduqlarını bildirmiş və bu diqqətə görə ona təşəkkür etmişlər. Novruz Aslanov ailənin qaldırdığı problemlerin həlli ilə bağlı çalışacağını bildirmişdir. Talıstan kəndində yaşayan Vətən Müharibəsi qaziləri Bədəlov Cavidan Zaur oğlunun və Rəşidli Elməddin Şakir oğlunun ailəsi ilə də görüşən deputat onların problemləri ilə maraqlanmış və lazımi köməkliyin ediləcəyini vurğulamışdır. Həmin kənddə yaşayan şəhid Hüseynzadə Səməd Səttar oğlunun ailəsinə də baş çəkən millət vəkili onlara baş sağlığı vermişdir.

Ziyarət edilmiş hər ailəyə ərzaq, məişət ləvazimatları və geyim çeşidləri ilə yardım edilmişdir. Şəhid ailələri və qazilər millət vəkilinin ziyarətini yüksək qiymətləndirmiş və ona təşəkkür etmişlər.

Məlumat üçün bildirək ki, millət vəkili bundan öncə dekabrın 3-də rayon mərkəzində 8 şəhid ailəsini ziyarət etmiş, problemləri ilə maraqlanmış və onlara zəruri yardımlar edilmişdir.

Bundan sonra da Novruz Aslanovun şəhid ailələri və qazilər ilə görüşü davam edəcəkdir.

İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir
Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir
Novruz Aslanov fəaliyyəti barədə hesabat verdi
Novruz Aslanov fəaliyyəti barədə hesabat verdi
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu
Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu
Ömrü İşıq olan İnsan!
Ömrü İşıq olan İnsan!
Şərəfli alim ömrü
Şərəfli alim ömrü