veten informasiya agentliyi

İsmayıllıda reydlər və profilaktik-maarifləndirmə tədbirləri keçirilib

Tarix:30-12-2020, 18:45
Baxış Sayı:671

İsmayıllıda reydlər və profilaktik-maarifləndirmə tədbirləri keçirilib


Rayon ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə rayonda tətbiq olunmuş sərt karantin rejiminin qaydalarına əməl olunması ilə bağlı bu gün keçirilən reydlərdə İsmayıllı şəhər ərazisində fəaliyyətinə icazə verilmiş ticarət və digər oyektlərdə, sakinlərin sıx toplaşdığı yerlərdə, eləcə də bazar ətrafı və bankomatların qarşısında əhaliyə karantin qaydaları izah olunub, maarifləndirmə işləri aparılıb və eyni zamanda 1000 ədəd tibbi maska paylanılıb. Reyd və aksiya rayonda yaradılmış mobil qruplar, gənclər və könüllülər tərəfindən həyata keçirilib.

Son həftə ərzində 2123 ticarət obyekti, 264 digər fəaliyyət növü və 72 yas mərasimlərində monitorinq aparılmışdır ki, bunlardan 129 ticarət, 184 digər fəaliyyət obyektinə və 3703 vətəndaşa xəbərdarlıq edilib, həmçinin 44 nəfər inzibati qaydada cərimə olunub.

Xatırladırıq ki, son vaxtlar “COVID-19” infeksiyasına yoluxma sayının çoxalması səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə sərt karantin rejiminin müddəti 14 dekbar 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək uzadılıb. İsmayıllı rayon mərkəzində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi (8103) və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir.

Sərt karantin rejiminin qaydalarına əməl olunması nəticəsində artıq rayonda yoluxmaların sayı azalıb. Ona görə də vətəndaşlarımızdan xahiş olunur ki, koronavirusun geniş miqyasda yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.

İsmayıllıda reydlər və profilaktik-maarifləndirmə tədbirləri keçirilib
İsmayıllıda reydlər və profilaktik-maarifləndirmə tədbirləri keçirilib
İsmayıllıda reydlər və profilaktik-maarifləndirmə tədbirləri keçirilib
İsmayıllıda reydlər və profilaktik-maarifləndirmə tədbirləri keçirilib
İsmayıllıda reydlər və profilaktik-maarifləndirmə tədbirləri keçirilib
İsmayıllıda reydlər və profilaktik-maarifləndirmə tədbirləri keçirilib
İsmayıllıda reydlər və profilaktik-maarifləndirmə tədbirləri keçirilib
İsmayıllıda reydlər və profilaktik-maarifləndirmə tədbirləri keçirilib
İsmayıllıda reydlər və profilaktik-maarifləndirmə tədbirləri keçirilib

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir