veten informasiya agentliyi

Gələn il aqrar sahə ilə bağlı yeni istiqamətlər üzrə təlimlər keçiriləcək

Tarix:29-12-2020, 14:30
Baxış Sayı:31

Gələn il aqrar sahə ilə bağlı yeni istiqamətlər üzrə təlimlər keçiriləcək

2020-ci il təlim inkişaf planına uyğun olaraq cari il ərzində Kənd Təsərrüfatı Nazirliyində peşəkar inkişaf təlimləri davam edib. İlin birinci rübü ərzində təlimlər ənənəvi formatda, mart ayından etibarən isə Nazirlər Kabinetinin sərt karantin rejiminin tətbiqi ilə bağlı qərarına əsasən onlayn formatda keçirilib.

İl ərzində aqrar sahə ilə bağlı baş tutan 80-dən çox təlimə 1800-dən çox iştirakçı qatılıb. Təlimlər bitkiçilik, baytarlıq, heyvandarlıq, üzümçülük, baramaçılıq, meyvəçilik, tərəvəzçilik, əkinçilik istiqamətlərini, eləcə də Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS), informasiya texnologiyaları, etik davranış, işgüzar yazışmalar və ISO standartlarının tətbiqi mövzularını əhatə edib. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları daxili təlimlərlə yanaşı, beynəlxalq, o cümlədən yerli təşkilatların layihələndirmə, stress menecment və məntiqi yanaşma kimi mövzular üzrə təlimlərdə iştirak ediblər. Həmçinin, il ərzində Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən mütəmadi olaraq təlim müvəkkilləri, təlimçilər və iştirakçılarla onlayn iclas-görüşlər keçirilib. Görüşlərdə təlimlərin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb və səsləndirilən təkliflər qeydiyyatda alınıb.

Fermerlərin və nazirlik əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan təlimlər gələn il də davam etdiriləcək. Təlimlərin keyfiyyətinin artırılması üçün mütəxəssislər tərəfindən əməkdaşlar və fermerlər arasında sorğular aparılıb, onların cavabları təhlil edilib, ehtiyac duyulan digər təlim mövzuları müəyyən edilib. Kənd Təsərrüfatı Nazirliyinin innovativlik, şəffaflıq və fermerlərə yaxınlıq prinsipləri əsas götürülməklə 2021-ci il üçün davamlı inkişaf və maarifləndirmə ilə bağlı təlimlər planı tərtib edilib.

Gələn il üçün nəzərdə tutulan təlimlərdə əsas istiqamətlər kimi biomüxtəlifliyin qorunması, təsərrüfatların idarə edilməsi, kənd təsərrüfatında IOT, dayanıqlı inkişaf hədəflərinin reallaşdrılması, bitki mühafizəsində innovasiyaların tətbiqi və s. mövzular müəyyən edilib. Növbəti il üçün keçiriləcək təlimlərdə ekoloji təmiz kənd təsərrüfatı məhsulları, Azərbaycanın termal sularının mikroflorasının tədqiqi və onun əsasında molekulyar bioloji diaqnostikumların hazırlanması, müasir sekvenator cihazından istifadə etməklə Azərbaycanın unikal heyvan cinslərinin genom profilinin tədqiqi, genetik markerlərin allel variasiyalarının (genlərin alternativ formaları) aşkar edilməsi və seleksiyada istifadə edilməsi kimi yeni istiqamətlər də illik təlim plana daxil edilib.

İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir
Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir
Novruz Aslanov fəaliyyəti barədə hesabat verdi
Novruz Aslanov fəaliyyəti barədə hesabat verdi
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu
Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu
Ömrü İşıq olan İnsan!
Ömrü İşıq olan İnsan!
Şərəfli alim ömrü
Şərəfli alim ömrü