veten informasiya agentliyi

“İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans

Tarix:26-11-2020, 14:25
Baxış Sayı:497

“İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans
26 noyabr 2020-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf perspektivləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq məktubuna əsasən, Azərbaycan Respublikasının Prezidenti Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə tam funksional fəaliyyətin təmin edilməsi və aqrar sahənin infrastrukturunun qurulması məqsədi ilə kənd təsərrüfatı təyinatlı layihələr barədə məlumatlar Nazirliyə təqdim olunmalıdır. Bu baxımdan konfransın məqsədi torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərin ümumi qiymətləndirilməsi, vahid baş plana uyğun olaraq bərpası, gələcəkdə iqtisadiyyata töhfələrin verilməsi üçün indidən hərtərəfli müzakirələrin təşkili və aqrar sahənin inkişafına dəstək infrastrukturunun formalaşdırılması prioritetlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.
Konfransda məruzəçilər tərəfindən işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf etdirilməsi üçün fəaliyyət planı, aqrar yönümlü monitorinqlərdə universitet əməkdaşlarının iştirakı, dəymiş zərərin qiymətləndirilməsi, torpaq münasibətləri,iqtisadi və investisiya potensialı, resurslarla təminat, aqroturizmin inkişaf istiqamətləri, su təminatı və suvarma sistemlərinin bərpası,elmi və kadr təminatı məsələləri müzakirə olunmuş, səmərəli təkliflər irəli sürülmüşdür.
“İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans
“İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb