veten informasiya agentliyi

Bu günə qədər 3000-ə yaxın vətəndaş mineral gübrələrin səyyar satış xidmətindən yararlanıb

Tarix:24-11-2020, 14:00
Baxış Sayı:426

Bu günə qədər 3000-ə yaxın vətəndaş mineral gübrələrin səyyar satış xidmətindən yararlanıb

“Aqroservis” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə payızlıq əkin mövsümü ilə əlaqədar olaraq fosforlu və kaliumlu gübrələrə olan tələbata əsasən ammofos, kükürdlü ammofos və nitroammofoska gübrələrinin səyyar satışı prosesi davam etdirilir. Əlavə olaraq digər təyinatlı gübrələrə tələbat olduğu təqdirdə fermerlər həmin gübrələrlə də təmin edilir.

Bu günə qədər səyyar satışdan 600-ə yaxın kənd üzrə ümumilikdə 3000-ə yaxın vətəndaş yararlanıb. Daxil olan müraciətlərə əsasən hər gün 5-6 qrup olmaqla respublikanın müxtəlif kənd və qəsəbələrində paralel olaraq səyyar xidmət göstərilir. Səyyar satışla yanaşı, ASC-nin rayon bölmələri də mövsümlə əlaqədar olaraq şənbə günləri daxil olmaqla fermerlərin mineral gübrəyə olan tələbatının ödənilməsi üçün fəaliyyət göstərirlər. Bir çox hallarda satılan gübrələrin evlərə pulsuz çatdırılmasını təmin edirlər.

Fermerlər səyyar satış təşkil edən “Aqroservis” ASC-nin əməkdaşlarına yaxınlaşaraq yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı” və şəxsiyyət vəsiqəsi təqdim etməklə, güzəştli şərtlərlə mineral gübrə əldə bilirlər. Yeni qaydalara əsasən, gübrənin dəyərinin 70% hissəsi fermerin “Fermer kartı”nda olan subsidiya məbləğindən, 30% hissə isə fermerin şəxsi vəsaiti hesabına, pestisidlər üçün isə tam dəyəri “Fermer kartı”nda olan subsidiya məbləğindən ödənilir. Ödəniş pos-terminal və səyyar bank terminalları vasitəsilə ilə yerindəcə, uzaq məsafə qət etmədən yerinə yetirilir.

Qeyd edək ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Vətəndaşlar mineral gübrələrin səyyar satış xidmətinin yaşadıqları kənd və qəsəbələrdə təşkil edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyin 1652 Çağrı Mərkəzinə və (+99451) 229-32-07 nömrəsinə müraciət edə bilər

Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq