veten informasiya agentliyi

AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

Tarix:25-11-2020, 18:03
Baxış Sayı:715



AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Yunus Emre İnstitutu arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolu universitetin rektoru, professor Vilayət Vəliyev və institutun sədri, professor Şeref Ateş imzalayıb. İmzalanma mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Azərbaycandakı səfrliyinin təhsil müşaviri Nihat Büyükbaş, Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç və hər iki tərəfin məsul şəxsləri iştirak edib. Bildirilib ki, iki qardaş ölkə arasında imzalanan bu protokol təhsilin inkişafına xidmət edəcək. Protokolda iki ölkənin təhsil sahəsində mövcud potensialından istifadə edilərək ciddi nəticələr ortaya qoyulacaq.

Protokola əsasən, tərəflər institusional imkanların təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edəcək.

Əməkdaşlıq Türkiyə Respublikası Prezident Administrasiyası tabeliyindəki Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihəsi (TABİP) çərçivəsində təmin olunacaq.

Sənədə əsasən, AzTU Türkiyənin akademik və elmi əməkdaşlıq şəbəkəsi olan TABİP portalının təkmilləşdirilməsinə də töhfə verəcək.

Qeyd edək ki, portal Türkiyə və dünyadakı elmi yeniliklər, yeni texnologiyalar və layihələr barədə məlumatların yayılması, layihə qruplarının yaradılması, dünyanın müxtəlif ölkələrində çalışan elm adamları ilə əlaqələrin qurulması və əməkdaşlıq üçün imkan yaradır..
AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb
AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb
AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?