veten informasiya agentliyi

AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova mövsümi qripə qarşı peyvənd haqqında danışıb

Tarix:5-11-2020, 12:18
Baxış Sayı:396


AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova mövsümi qripə qarşı peyvənd haqqında danışıb

AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova müsahibə verib, hazırda olduqca aktual olan mövsümi qripə qarşı peyvənd mövzusu ətrafında danışıb. Onun sözlərinə görə, payız-qış mövsümünün gəlməsi ilə əlaqədar havaların soyuması və immunitetin zəifləməsi təbii prosesdir. Nəzifə xanım bu dövrdə orqanizmin immun statusunu yüksək səviyyədə saxlamaq üçün bir sıra sadə üsullar haqqında danışıb. Belə ki, qida rasionuna bol vitaminli meyvə-tərəvəzi daxil etmək, açıq havada tez-tez olmaq, qapalı məkanları gün ərzində bir neçə dəfə havalandırmaq kimi adi qaydalara riayət etmək tövsiyə olunub. Bundan başqa, İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri müxtəlif respirator xəstəliklərdən qorunmaq üçün tibbi maskalardan istifadə etmək, kütləvi tədbirlərdə iştirak etməkdən çəkinmək, fiziki məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına riayət etmək və spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə etməyin vacib olduğunu vurğulayıb.

Müsahibəsini davam etdirən Nəzifə Mürsəlova istənilən xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub sonradan ondan müalicə olunmaqdan daha əlverişli olduğunu bildirib. Məhz bu səbəbdən ölkədə bir sıra yoluxucu respirator xəstəliklərə qarşı peyvəndlərin aparılması həyata keçirilir. Nəzifə Mürsəlova onların arasında mövsümi qripə qarşı peyvəndin də adını çəkib.

Onun fikrinə görə, hətta immun sistemi olduqca güclü olan insanlar belə ildə ən azı bir dəfə qripə yoluxurlar. Bu xəstəlikdən qorunmaq üçün Azərbaycanda qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb. Nəzifə Mürsəlova deyib: “Məlum olduğu kimi, oktyabr ayının 12-dən etibarən AR Səhiyyə Nazirliyinin müvafiq əmri ilə ölkəmizdə müəyyən olunmuş əhali qrupları arasında mövsümi qripə qarşı peyvənd kampaniyasına start verilib”.
Nəzifə xanım peyvənd kampaniyasının çərçivəsində tibb işçiləri, hamilə qadınlar, tənəffüs yollarının xroniki xəstəliklərinə malik 6 aylıqdan yuxarı uşaqlar və böyüklərin peyvənd olunduğları haqqında məlumat verib. Onun dediyinə görə, qripə qarşı peyvənd olunmaq istəyən hər kəs yaşayış yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edib, peyvənd oluna bilər.

“Onu da qeyd edim ki, mövsümi qrip əleyhinə peyvənd edilmə dövlət tibb müəssisələrində tamamilə pulsuz aparılır” – deyə AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova müsahibəsini tamamlayıb.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə