veten informasiya agentliyi

Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri Beynəlxalq Simpoziumda iştirak edib

Tarix:30-10-2020, 19:34
Baxış Sayı:749

Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri  Beynəlxalq Simpoziumda iştirak edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində “Beynəlxalq türk mədəniyyəti və sənəti” mövzusunda keçirilən simpoziumda məruzə ilə onlayn iştirak edib. Simpoziumun açılış mərasimində Azərbaycanın haqq davasına dəstək nümayiş etdirilib, “Qarabağ şikəstəsi” səsləndirilib.
“Qafqazda XIX əsr irfan hərəkatı və onun ictimai-sosial töhfələri” mövzusunda çıxış edən Ə.Niyazov XIX əsrin əvvəllərindən etibarən İsmayıl Siracəddin Şirvani ilə mədrəsə zəminində yayılan maarifçilik hərəkatından bəhs edib.
Məruzəçi vurğulayıb ki, İsmayıl Siracəddin Şirvani Qafqazda XIX əsr irfan hərəkatının nümayəndəsi olaraq, kamil insan prinsipləri aşılamış, ictimaiyyətə maariflənmə və vəhdət kimi birgəyaşayış ənənələrini təlqin etmişdir.
Ə.Niyazov daha sonra qeyd edib ki, bu hərəkat bölgədə yüz il ərzində ictimai baxımdan böyük islahatçılıq işləri həyata keçirmişdir. Məruzəçi hərəkatın nəticələrindən bəhs edərkən bildirib ki, sistemli təhsil ənənəsi ilə köklənmiş elm-irfan hərəkatı bölgəyə xas bəzi nümunələr meydana gətirmişdir. Bunun ən böyük töhfəsi, dini mənsubiyyət və məzhəb müxtəlifliyinə baxmayaraq, bütün sosial qrupların tolerant mühitdə birgəyaşayış ənənəsindən bəhrələnməsidir.

Qeyd edək ki, “Beynəlxalq türk mədəniyyəti və sənəti” mövzusunda keçirilən simpozium bu gün öz işinə yekun vuracaq.
Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri  Beynəlxalq Simpoziumda iştirak edib

Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış