veten informasiya agentliyi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin cəbhəyanı rayonlarda həyata keçirdiyi humanitar tədbirlər

Tarix:3-10-2020, 15:10
Baxış Sayı:455

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin cəbhəyanı rayonlarda həyata keçirdiyi humanitar tədbirlər

Dağlıq Qarabağ ərazisində məlum hadisələr nəticəsində cəbhəboyu yaşayış məntəqələrinə, fərdi evlərə, mülki infrastruktura, sosial obyektlərə, ümumilikdə mülki əhaliyə ciddi ziyan dəymişdir.

AzQAC öz missiyasına, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsiplərinə, Cenevrə konvensiyalarına və Beynəlxalq humanitar hüquqa əsaslanaraqhumanitar tədbirlərin həyata keçirilməsi üçün bütün daxili imkanlarını səfərbər etmişdir.

Belə ki, hadisələr başlandığı gündən, 27 sentyabrdan03 oktyabra qədər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında cəmiyyətin prezidenti, millıət vəkili Novruz Aslanovun başçılığı ilə mütəmadi şəkildə hər gün geniş tərkibli müşavirə keçirilir, yaranmış vəziyyət və atılacaq addımlar şərh edilir və cəbhəyanı rayonlarda müvafiq humanitar əməliyyatların həyata keçirilirməsi üçün tapşırıqlar verilir. Belə ki, mövcud vəziyyət nəzərə alınaraq, AzQAC-ın regional mərkəzləri, şəhər və rayon bölmələri ilə əlaqələri gücləndiirlmiş iş rejimdə qurulmuş,Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə xüsusi təlim keçmiş Fövqəladə Mobil Könüllü Dəstələri hazırlıq vəziyyətinə gətirilmişdir.

HazırdaTərtər, Goranboy, Cəbrayıl, Daşkəsən, Bərdə, Ağdam və Füzuli rayon bölmələrinin əməkdaşları və mobil könüllü dəstələri tərəfindən görülən işlər barədə hesabatı diqqətinizə çatdırırıq.



Rayon Komitəsi Ümumi vəziyyət


Müəyyən edilmiş ehtiyaclar


Görülən tədbirlər


Rayon bölməsi İcmalar, Əhali
Tərtər Sədrin sözlərinə görə, gərginlik qalmaqdadır. Mülki şəxslər arasında xəsarət alanlar var.
Vəziyyət imkan verdiyi zaman yalnız bir bazar açılır.



İlk yardım dəstləri Sığınacaqlara təxliyə, yorğanlar,
adyallar, qida və gigiyena əşyaları, su, ilk yardım, psixososial dəstək



İşçilər və könüllülər sığınacaqlarda yatan mülki şəxslərə dəstək verməyə davam edirlər.
Zirzəmilərdə 200 mülki əhaliyə çörək, 400 litr su və ət konservləri, 130 şüşə qabda su, 110 nəfərlik nahar (sendviç) paylandı.

Ümumilikdə 412 vətəndaşa yardım göstərilmişdir.



AzQAC rayon bölməsinə 120 ədəd İlk Yardım çantası verildi





Ağdam Sədrin sözlərinə görə, gərginlik qalmaqdadır. Mülki şəxslər arasında xəsarət alanlar var. İnsanlar ya yol kənarındadır, ya da müvəqqəti sığınacaqlarda (ictimai binalarda) gecələyirlər İlk yardım dəstləri Sığınacaq; yorğanlar, qida və gigiyena əşyaları, su, ilk yardım, psixososial dəstək Mobil Könüllülər dəstə üzvləri ardıcıl olaraq çörək və su paylayırlar.
Gündəlik qida məhsulu və 700 litr su paylanmış, 230 ailəyə yardım edildi.

Şirbanlı Bardı kəndində, Uğurbəyli məktəbində gündəlik qidalar paylanmışdır. Ümumilikdə, 21 ailəyə yardım göstərilmişdir.

AzQAC rayon bölməsinə 20 ədəd İlk Yardım çantası verildi

150 gigiyena bağlaması,

təmizləyicilər və maye sabun paylanılır.



Füzuli Sədrin sözlərinə görə, gərginlik qalmaqdadır. Sədr ümumi vəziyyəti gündəlik qiymətləndirir. Mühacir yoxdur. Şəhərə giriş bağlıdır. Dükanlar məhdud sayda işləyir. İlk yardım dəstləri Qida və gigiyena əşyaları, su, ilk yardım, psixososial dəstək.


Könüllülər mütəmadi olaraq xəstəxanalara baş çəkir və orada yardım göstərirlər.


Könüllülər sıxlıqdan qaçmaq üçün yolların tənzimlənməsinə kömək edirlər.

150 gigiyena bağlaması,təmizləyicilər və maye sabun paylanılır.

AzQAC rayon bölməsinə 20 ədəd İlk Yardım çantası verildi

Goranboy Gərginlik davam edir. İlk yardım dəstləri Ərzaq, gigiyenik məhsullar İşçilər və könüllülər (ümumilikdə 18 nəfər) yaralıların xəstəxanalara çatdırılmasında köməklik göstərirlər. Yaralılara birbaşa xəstəxanalarda da qulluq edirlər.
150 gigiyena bağlaması, təmizləyicilər və maye sabun paylanılır.

BQXK vasitəsilə ilk yardım dəstlərin verilməsi nəzərdə tutulur.

Daşkəsən Sədrin sözlərinə görə, şəhərin mərkəzində vəziyyət sakit olaraq qalır.


İlk yardım dəstləri Könüllülər Daşkəsəndə bir xəstəxananın yerləşdiyi ərazidə səyyar xəstəxana üçün çadırlar qurmağa kömək etmişlər.
Ərzaq tədarükündə və paylanışında iştirak edirlər



BQXK vasitəsilə ilk yardım dəstlərin verilməsi nəzərdə tutulur.

Cəbrayıl Sədrin sözlərinə görə, gərginlik qalmaqdadır. Fərdi evlərəziyan dəyib, 15-20 ev dağılıb. İlk yardım dəstləri Könüllülər qida paylanmasına qatıldı. Şöbə işçiləri və könüllülər qan verdilər.
Cocuq Mərcanlıda 50 nəfər AzQAC-ın avtomobili vasitəsilə təxliyə olunub.

150 gigiyena bağlaması,təmizləyicilər və maye sabun paylanılır.

BQXK vasitəsilə ilk yardım dəstlərin verilməsi nəzərdə tutulur.



Bərdə Sədrin sözlərinə görə, gərginlik qalmaqdadır. Mülki şəxslər arasında yaralılar var. Tərtər və Ağdamın kəndlərindən gələnlər ictimai binalarda yerləşdirilir. İlk yardım dəstləri Sığınacaq; yorğanlar, qida və gigiyena əşyaları, su, ilk yardım, Psixososial dəstək Rayon bölməsi Qazaxlar, Nazirli, Satırlı və Bala Qacar ​​kəndlərindəki məktəblərə müvəqqəti sığınan ailələrə 70 gigiyenik bağlama payladı. Şöbə işçiləri və könüllülər qan verdilər. 300 nəfərə gündəlik qida və su paylanıb. 55 nəfərə ərzaq bağlamaları verilib.


BQXK vasitəsilə ilk yardım dəstlərin verilməsi nəzərdə tutulur.





Ümumi statistika:

Könüllü fəaliyyət- 18760 AZN

Ərzaq-qeyri ərzaq: 73135 AZN

Yardımlarla əhatə olunmuş əhalinin sayı: 3067 nəfər.



Cəbhəboyu rayonların hər birində BQXK tərəfindən xüsusi təlim keçmiş 20 nəfərdən ibarət və lazımi texniki vasitələrlə təmin edilmiş mobil könüllü dəstələr fəaliyyət göstərir. Bunlarla yanaşı hər rayonda 20-30 nəfərdən ibarət könüllü əlavə olaraq bu işlərə cəlb olunub.



Cəbhəboyu rayonlarda 7 gün ərzidə cəmi 91895 AzN dəyərində 3067 insana zəruri humanitar yardımlar edilmişdir.

2180 - Ümumi baxış sayı 504 - Gündəlik baxış sayı

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb