veten informasiya agentliyi

Bu ilin sonunadək əfv olacaq? - Komissiya üzvündən AÇIQLAMA

Tarix:25-09-2020, 05:34
Baxış Sayı:580

Bu ilin sonunadək əfv olacaq? - Komissiya üzvündən AÇIQLAMA
“Əsasnaməyə görə, iclasları Əfv Məsələləri Komissiyasının sədri çağırır. Hazırda pandemiya ilə bağlı karantin rejimi davam etdiyindən, 18 nəfərin bir otaqda toplaşması, müzakirələr aparması məqsədəuyğun sayılmır. Təhlükəsizliklə bağlı bütün qaydalar gözlənilməlidir”.

Bunu Modern.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev növbəti əfv sərəncamı və komissiyanın toplantılarından danışarkən bildirib.

Hüquşünas qeyd edib ki, vəziyyət stabilləşdikcə, qarşıdakı vaxtlarda Komissiya toplaşa bilər:

“Amma bu, cənab sədrin səlahiyyətlərinə aid olan məsələdir. İclaslar keçirilməsə də, əfvlə bağlı müraciətlər daxil olmaqdadır. Komissiyanın katibliyi, Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv sektoru mütəmadi işləyir, müraciətləri qəbul edir, arayışlar hazırlanaraq, emal olunur”.

Komissiya üzvü deyib ki, qurumun iclasları sonuncu dəfə ötən il çağırılıb:

“Bildiyiniz kimi, ötən il əfv sərəncamı Novruz bayramı ərəfəsində verilib. Amma bu il sırf pandemiya ilə bağlı cənab Prezidentin humanist addımı kimi risk qrupuna daxil olan, yaşı 65-dən yuxarı olan 176 nəfər əfv edildi. İllərin təcrübəsi göstərir ki, əfv sərəncamı ya ilin əvvəlində, ya da sonunda verilir. Bu, 2020-ci il üçün də istisna deyil, amma təbii olaraq, son qərar ölkə rəhbərinin konstitusion hüququna əsasən veriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı 431 nəfərə şamil olunan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib.

Həmçinin, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan, eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, 1 nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad olunub.

Prezident İlham Əliyev bu il aprelin 6-da Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib.

2020-ci ildə Əfv Məsələləri Komissiyasının iclasları keçirilməyib.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?