veten informasiya agentliyi

Mikayıl Cabbarovdan iqtisadiyyatın azalma tempi ilə bağlı AÇIQLAMA

Tarix:24-09-2020, 09:34
Baxış Sayı:492

Mikayıl Cabbarovdan iqtisadiyyatın azalma tempi ilə bağlı AÇIQLAMA
“Pandemiya dövründə dövlət başçısının müvafiq göstərişinə əsasən, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş tədbirlər planının icrası çərçivəsində ölkə iqtisadiyyatında fəaliyyət göstərən sahibkarlara əhəmiyyətli dərəcədə güzəştlər olunub”.

Bunu “AzerGold”un istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu dövrdə bir sıra yeni alətlər, güzəştli kreditlər, vergi güzəştləri və azadolmaları və digər biznesə dəstək tədbirləri həyata keçirilib:

“Əsas hədəfimiz iş yerlərinin qorunub-saxlanmasından ibarət idi. Həmçinin, ölkə iqtisadiyyatının dayanıqlılığının qorunub-saxlanılması, karantin tədbirləri yumşaldıldıqca ölkə iqtisadiyyatının tam fəaliyyətinin təmin edilməsi, son illər müşahidə etdiyimiz iqtisadi artımın bərpa edilməsi idi.

2020-ci ildə ümumi daxili məhsulun (ÜDM) azalmasını gözləsək də, azalma tempi gözlədiyimizdən daha aşağı olacaq. Biz may-iyun ayında ÜDM-nin 4,5-4,75 faiz olmasını gözləyirdik. Hazırda iqtisadiyyatın azalma tempini 3,5-3,7 faiz ətrafında proqnozlaşdırırıq”.

Nazir qeyd edib ki, bu proqnozlarda pandemiyanın ikinci dalğasının olub-olmaması, olduğu halda hansı dərəcədə sərt olması vətədaşların müvafiq normalara riayət etməsi ilə bağlıdır:

“Çünki iqtisadiyyat və iqtisadi aktivlik birbaşa olaraq sosial aktivliklə bağlıdır. Bu mənada, hər iki sahədə qəbul olunan addımların bir-biri ilə ahəngdarlığı, icra olunması, nəzarətin nəticəsidir ki, əmək müqavilələrinin sayına, qeyri-neft sektoru ilə vergi gəlirlərinin qorunub-saxlanılması və ilkin proqnozdan aşağı olmasını müşahidə edirik”.

Oktyabrın 4-də Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib
Oktyabrın 4-də Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, idarə əməkdaşları və Şəmkir rayon ziyalılarından bir neçə nəfər qocaman müəllimlər Vahid və Kifayət Hacıyevləri ziyarət ediblər
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, idarə əməkdaşları və Şəmkir rayon ziyalılarından bir neçə nəfər qocaman müəllimlər Vahid və Kifayət Hacıyevləri ziyarət ediblər
Kürdəmirdə təhsil işçiləri ilə #TəhsilMasası layihəsinin görüşü keçirilib
Kürdəmirdə təhsil işçiləri ilə #TəhsilMasası layihəsinin görüşü keçirilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev tərəfindən növbəti dəfə vətəndaşlar qəbul edilərək müraciətləri dinlənilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev tərəfindən növbəti dəfə vətəndaşlar qəbul edilərək müraciətləri dinlənilib
5 oktybar-Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər
5 oktybar-Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev fərqlənən müəllimlərlə görüşərək, onlara "Təşəkkürnamə" təqdim edib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev fərqlənən müəllimlərlə görüşərək, onlara
Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı Sığortası Hovuzunun (TARSİM) nümayəndələri Gəncə şəhərinə səfər ediblər
Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı Sığortası Hovuzunun (TARSİM) nümayəndələri Gəncə şəhərinə səfər ediblər
Şəhid övladları üçün masterklass təşkil edilib
Şəhid övladları üçün masterklass təşkil edilib