veten informasiya agentliyi

Ərzaq qiymətləri bahalaşacaq - VİDEO

Tarix:21-09-2020, 18:03
Baxış Sayı:935

Ərzaq qiymətləri bahalaşacaq - VİDEO


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yayımladığı hesabata əsasən, qlobal ərzaq qiymətləri və dolların zəifləməsi səbəbindən ərzaq bahalaşmağa davam edir.

Dünyada ərzaq bahalaşması Azərbaycanda qiymətlərə necə təsir edəcək?

Dünyanı cənginə alan COVID-19 bir sıra sahələrə mənfi təsir göstərdi və bu qiymətlərdə də öz əksini tapdı.

Belə ki, Dünyada ərzaq qiymətləri ümumilikdə 5 faiz bahalaşıb. Bitki yağları, şəkər və süd məhsullarının qiymətləri nisbətən artıb, bununla da qlobal taxıl məhsullarının qiymətləri illik rekord göstəricisinə çatmağa davam edir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yayımladığı hesabata əsasən, qlobal ərzaq qiymətləri, güclü tələbin və dolların zəifləməsi səbəbindən ardıcıl olaraq üçüncü aydır ki, artmaqda davam edib. Həmçinin ərzaq qiymətlərinin bahalaşmağının səbəblərindən biri də pandemiyadır.

Qeyd edək ki, Azərbaycan dünyada bahalaşan ərzaq məhsullarını idxal edirsə, bu bizim bazarda da qiymətlərə təsirsiz ötüşməyəcək. Çünki idxal olunan malların qiymətləri qalxan kimi bu özünü yerli bazarlarda da göstərəcək.

Ətraflı Baku Tv-nin süjetini təqdim edirik:

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?