veten informasiya agentliyi

Nikol Paşinyanın havadarlıq etdiyi şirkət erməni əsgərlərini necə zəhərləyir... - “Nuş olsun!”

Tarix:21-09-2020, 06:10
Baxış Sayı:523

Nikol Paşinyanın havadarlıq etdiyi şirkət erməni əsgərlərini necə zəhərləyir... - “Nuş olsun!”

Ermənistanın baş naziri Nikol Paşinyan ilə əlaqələndirilən şirkət erməni ordusunu zəhərli qida ilə “təmin edir”. Bunun nəticəsidir ki, 32 əsgər həmin qidalardan zəhərlənib.
Görünür, qanunsuz silah alveri ilə məşhurlaşan Ermənistanın baş naziri Nikol Paşinyan erməni ordusunun ərzaq təminatı biznesini də ələ keçirib.

“MediaPost”un Andranik Qevorqyan adlı erməni “Facebook” istifadəçisinə istinadən verdiyi məlumata görə, erməni əsgərlərin qidalanma sahəsini ələ alan baş nazir 32 nəfərin qidadan zəhərlənməsinə səbəb olub.

Andranik Qevorqyan “Facebook” səhifəsində “Orduya xəbərdarlıq edin ki, Nikolun havadarlıq etdiyi “Art – Lunch” şirkəti ordunu zəhərli qida ilə təmin edir, diqqətli olun”, - statusunu paylaşıb.

Qeyd edək ki, sözügedən şirkət Paşinyanın İctimaiyyətlə əlaqələr qrupuna məxsusdur. Ermənistan ordusunu qida ilə təmin edən “Art – Lunch” şirkətinin istehsal etdiyi qidalardan 32 nəfər zəhərlənib.

Bizdən isə erməni xalqına həmişəki kimi məsləhət: “ikinci əl” silahların qanunsuz alveri ilə məşğul olan baş naziriniz övladlarınızı yalnız cəbhədə yox, hətta yeməkxanalarda da öldürür. Bu cür faktları nəzərə alaraq davranmaq isə sizə qalır. Necə deyərlər, təklif bizdən, əməl etmək sizdən.

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
DİN HESABAT
DİN HESABAT