veten informasiya agentliyi

AR Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi beynəlxalq təşkilata üzvlük prosedurunun ilkin mərhələsinə qəbul edilib

Tarix:7-09-2020, 12:17
Baxış Sayı:284

AR Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi beynəlxalq təşkilata üzvlük prosedurunun ilkin mərhələsinə qəbul edilib

Əczaçılıq sahəsində milli tənzimləyici orqan kimi Analitik Ekspertiza Mərkəzi tərəfindən yerli və xarici dərman vasitələri istehsalçılarının Etibarlı İstehsalat Təcrübəsinin (EİT) tələblərinə uyğunluğunun qiymətləndirilməsi üçün mütəmadi olaraq addımlar atılır.

Həyata keçirilən təftişlərin effektivliyinin daha da artırılması, bu sahədə mövcud qanunvericiliyin beynəlxalq standartlarla uyğunlaşdırılması, EİT təftişlərini həyata keçirən işçi heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, həmçinin EİT sahəsində milli, regional və beynəlxalq qurumlar ilə əməkdaşlığın gücləndirilməsi işi daim uğurla həyata keçirilir.

Bu məqsədlə Analitik Ekspertiza Mərkəzi tərəfindən PIC/S (Pharmaceutical Inspection Convention and Pharmaceutical Inspection Co-operation Scheme – Əczaçılıq Təftişi Konvensiyası və Əczaçılıq Təftişi üzrə Əməkdaşlıq Sistemi) beynəlxalq təşkilatına üzv olmaq məqsədi ilə cari ilin avqust ayında müraciət olunub və üzvlük prosedurunun ilkin mərhələsinə (“Pre-applicant”) qəbul edilib.

Məlumat üçün qeyd edək ki, sözügedən təşkilat dünya ölkələrinin əczaçılıq sahəsində milli tənzimləyici orqanları arasında əməkdaşlığın qurulması məqsədi ilə Avropa Azad Ticarət Assosasiyası tərəfindən 1970-ci ildə yaradılıb və hazırda ümumilikdə 53 üzvü var.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib