veten informasiya agentliyi

QHT sədrləri ilə su qıtlığı və iqlim dəyişikliyi müzakirə edildi

Tarix:5-09-2020, 13:50
Baxış Sayı:242

QHT sədrləri ilə su qıtlığı və iqlim dəyişikliyi müzakirə edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə ekoloji sahədə fəaliyyət göstərən QHT sədrləri və ekoloq mütəxəssislərlə videoformatda görüş keçirilib.

ETSN-dən verilən məlumata görə, görüşdə mühüm ekoloji məsələlər, o cümlədən ölkənin şirin su ehtiyatlarının azalması, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi, yağıntıların və çaylarda sululuğun azalması, digər tərəfdən, suya tələbatın artması sahəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ətrafında müzakirələr aparılıb.

QHT-lər su məsələlərinin müzakirə edilməsi, tövsiyələrin verilməsi, ekoloji məsələlərin qiymətləndirilməsində fəal iştiraka dəvət olunublar.

Görüşdə iştirak edən AMEA-nın Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov çıxışında QHT-ləri həyata keçirilən tədbirlərdə yaxından iştirak etməyə, fəal olmağa çağırıb və ictimai nəzarətin gücləndirilməsi məqsədilə birgə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib.

Eyni zamanda görüşdə QHT, dövlət qurumları və mütəxəssislərin əməkdaşlığını ehtiva edən bu cür platformada görüşlərin davam etdirilməsi qərara alınıb.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib

Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib