veten informasiya agentliyi

Pandemiya kirayə mənzil bazarına necə təsir etdi? - Mütəxəssis rəyləri

Tarix:5-09-2020, 08:59
Baxış Sayı:325

Pandemiya kirayə mənzil bazarına necə təsir etdi? - Mütəxəssis rəyləri
Koronavirus pandemiyası kirayə mənzil bazarına əhəmiyyətli dərəcədə təsir göstərib. Uzunmüddətli kirayə tələbinin xeyli azalmasına baxmayaraq, əksər ev sahibləri mənzil qiymətlərini endirməyə tələsmirlər. Xüsusilə də, pandemiya və karantin rejimində bir çox vətəndaş əvvəlki gəlirindən olub, bəziləri isə işsiz qalıb.

“Bəzi mənzil sahibləri qiymətləri bir az aşağı saldılar, son üç ayda azalma müşahidə etdik, bu 9 faizdən bir qədər çoxdur. Eyni zamanda fərdi evlərin və bağ evlərinin kirayə qiymətləri 10 faiz artıb”.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru, əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov bunu Media.Az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, mənzilləri uzunmüddətli kirayəyə adətən sabit gəliri olan ailələr verirlər, bu səbəbdən qiymətlərin endirilməsində maraqlı deyillər. Bu, onlar üçün bir iş deyil, passiv gəlirdir.

“Bir qayda olaraq, onlar mənzili uzun müddətə kirayə verirlər, amma pandemiya zamanı az adamın buna imkanı çatır. Tələbələrə, turistlərə və ya xarici iş adamlarına kirayə verilən mənzillərə gəlincə, bu seqmentdə qiymətlərdə azalma müşahidə olunur”, - N.İbrahimov deyib.

O, şəhərin mərkəzində iki-üç otaqlı mənzillərin qiymətlərinin bir qədər azaldığını qeyd edib.

“Məsələn, əvvəllər “Beşmərtəbə” yaxınlığında iki otaqlı mənzillər 550-600 manata kirayə verilirdisə, bu gün onların qiyməti 480-500 manatdır. “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında üç otaqlı mənzil bu gün 450-500 manata kirayə verilir. Koronavirus pandemiyası gələn il də davam edərsə, qiymətlər bir az azalacaq, lakin daha sonra artım davam edəcək”, - deyə N.İbrahimov sözlərini yekunlaşdırıb.

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev də öz növbəsində Media.Az-a bildirib ki, son 15 ildə əmlak bazarında bir neçə böhran yaşanıb.

“Birincisi 2008-ci, ikincisi 2014-cü ildə baş verdi və hazırda üçüncü böhran müşahidə olunur. Sözsüz ki, bu, pandemiya və neftin ucuzlaşması ilə birbaşa əlaqəlidir. İlk iki böhran zamanı daşınmaz əmlakın qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşsə də, bu dəfə biz bunu demək olar ki, görmürük”, - ekspert deyib.

Onun sözlərinə görə, ev sahibləri pandemiyanın bitməsini və həyatın normallaşmasını gözləyirlər:

“Ədalətli desək, reklamları oxuyaraq nisbətən aşağı qiymətlərlə təklifləri görmək olar. Ancaq ümumiyyətlə, əmlak bazarı indi dondurulmuş vəziyyətdədir”.

Mütəxəssisin fikrincə, kirayə mənzil bazarındakı az tələbat səbəbindən qiymətlərin bir qədər enməsi belə ümumi vəziyyəti dəyişdirməyəcək:

“Tədris ili başlamazdan əvvəl bölgələrdən minlərlə tələbə mənzil axtarırdı. Bu gün təbii ki, belə deyil. Buna görə yaxın gələcəkdə kirayə mənzil bazarında xüsusi bir dəyişiklik gözləməyə dəyməz”.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib