veten informasiya agentliyi

Sumqayıtda itkin düşən uşaq üç gündür tapılmır

Tarix:5-09-2020, 08:19
Baxış Sayı:398

Sumqayıtda itkin düşən uşaq üç gündür tapılmır
Samur-Abşeron kanalında 10 yaşlı uşaq batıb.

Bu barədə “Report”a onun dayısı Tural Cavadlı bildirib.

O qeyd edib ki, bacısı oğlu, 2010-cu il təvəllüdlü Yusif Davudzadə üç gün əvvəl təxminən saat 18 radələrində Samur-Abşeron kanalının “Stansiya Sumqayıt” ərazisindən keçən hissədə baş verib:

“Həmin vaxt Yusif əmisi uşaqları ilə kanalın kənarında oynayırdı. Bu vaxt Yusif ayağını suya salıb-çıxarmaq istəyib. Bu zaman ayağı sürüşüb, kanala düşərək boğulub. Bizə Yusifin boğulması barədə yanında olan uşaqlar deyib, onlar da prokurorluq əməkdaşları tərəfindən dindiriliblər. Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib axtarışa başladı.

Onlar guya üç gündür Yusifi axtarır. Lakin axtarışlar heç bir nəticə vermir, bu da bizi qane etmir, nəticə əldə olunmasını istəyirik. Deyirlər ki, axtarış aparılır, lakin bu barədə heç bir sübut yoxdur. Onlar bizə suyun altından video və fotolar təqdim etmirlər. Biz bu axtarışlara inanmırıq.

Hazırda bizi Ceyranbatan su anbarına buraxmırlar, orada kiçik bir aksiya keçiririk. Uşağımızın tapılmasını tələb edirik. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyindən xahiş edirik ki, bizim balamızın tapılması üçün ciddi axtarış aparılısın”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki, sentyabrın 2-də nazirliyin “112” qaynar xəttinə Yusif Bəhlul oğlu Davudzadənin itkin düşməsi barədə məlumat daxil olub:

“Məlumatda hadisənin “Stansiya Sumqayıt” ərazisində qeydə alındığı bildirilib. İlkin olaraq uşağın kanala düşməsi, su hövzəsi ilə bağlı bizə məlumat verilməyib. Həmin məlumatı aldıqdan sonra nazirlik dərhal həmin məlumatı aidiyyəti qurumlara ötürüb və axtarışlara başlanılıb. Axtarışlara nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Kinoloji Xidməti də cəlb edilib. Daha sonra araşdırma nəticəsində Yusifin yanında olan digər uşaq bildirib ki, Yusif həmin ərazidəki təxminən 2 metr dərinliyi olan gölməçəyə düşərək boğulub. Dərhal əraziyə nazirliyin xilasediciləri yönəldilib. Gecə suda xilasetmə işləri aparılıb və heç bir nəticə əldə olunmayıb. Sonra Yusifin yanında olan uşaq təkrar dindirilib. O deyib ki, “Yusif həmin gölməçədə deyil, Samur-Abşeron kanalına düşüb boğulub və mən də qorxub qaçmışam”. Həmin uşağın əvvəl dediyi gölməçə ilə Samur-Abşeron kanalı arasında təxminən 3 kilometr məsafə var.

Samur-Abşeron kanalında da çox sürətli su axını var. Kanalda axtarışlara başlanılması üçün tərəfimizdən aidiyyəti qurumlara müraciət olunub. Çünki kanalda su kollektoru bağlanmalıdır. Fəslə görə də bunun bağlanması problemli olduğu üçün hələ də su kollektoru bağlanmayıb. Hazırda sürətli su axınında xilasediciləri kanala salıb, axtarış aparmaq mümkün deyil. Bir daha vurğulayıram ki, bütün bu axtarış işləri ehtimallar üzərindən aparılır. Çünki Yusifin yanında olan uşağın ilkin olaraq dediyi yerdə axtarış aparılıb. Uşağın dəqiq harada batdığı məlum deyil”.

Sumqayıtda itkin düşən uşaq üç gündür tapılmır

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib