veten informasiya agentliyi

Almaniyada qaçqın düşərgəsindən qaçan azərbaycanlılar tutuldular

Tarix:2-09-2020, 10:13
Baxış Sayı:432

Almaniyada qaçqın düşərgəsindən qaçan azərbaycanlılar tutuldular
Almaniyada sığınacaq axtaranların yaşadığı düşərgədən qaçan Azərbaycan vətəndaşları saxlanılıblar.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Bavariya əyalətinin Deggendorf şəhərində yerləşən qaçqın düşərgələrindən birində qeydə alınıb.

Belə ki, 32, 48, 53 yaşlarındakı Azərbaycan vətəndaşları gecə saatlarında yaşadıqları düşərgədən qaçıblar. Mühafizəçilər bu barədə polisə məlumat veriblər. Deggendorf polisi qaçan şəxsləri şəhər vağzalındakı qatar platformasında saxlaya bilib. Onlar polisə ilkin ifadələrində bildiriblər ki, sentyabrın 3-də nəzərdə tutulan deportasiyada onların da adları var. Bu səbəbdən deportasiyadan yayınmaq üçün Almaniyanı tərk edərək Fransaya getmək qərarına gəliblər.

Polis əməkdaşları daha sonra saxlanılan azərbaycanlıları Deggendorf şəhər Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil veriblər. Onlar yenidən yaşadıqları düşərgəyə gətiriliblər.

Qeyd edək ki, artıq bir neçə gündür Münhen və Düsseldorf şəhərindən 200-ə yaxın sığınacaq axtaran şəxsin deportasiya ediləcəyi ilə bağlı xəbərlər yayılıb. Onların arasında 2015-2019-cu illər arasında Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən Azərbaycan vətəndaşları da var.

Xatırladaq ki, Almaniya ötən ay koronavirus pandemiyası dövründə sığınacaq axtaranların ilk deportasiyasını həyata keçirib. Almaniyada sığınacaq müraciətləri rədd edilən və barələrində məhkəmələrin qərarı ilə deportasiya qərarı çıxarılan 33 nəfər Pakistan vətəndaşı Münhen hava limanından xüsusi təyyarə ilə ölkələrinə deportasiya ediliblər.

Bundan başqa Almaniyada dörd ilə yaxın möhlət hüquq ilə yaşayan azərbaycanlı ailə Gürcüstana deportasiya edilib. İki valideyn, üç uşaqdan ibarət azərbaycanlı ailə gecə saat 4 radələrində polis və miqrasiya idarəsinin əməkdaşları tərəfindən yaşadıqları evdən götürülərək Münhen hava limanına gətiriliblər. Onlar buradan xüsusi təyyarə reysi ilə Gürcüstana deportasiya ediliblər. Deportasiya edilənlər arasında azərbaycanlı ailədən başqa daha 20 nəfər də olub.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb