veten informasiya agentliyi

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətində yeni təyinatlar olub - YENİLƏNİB

Tarix:25-08-2020, 13:52
Baxış Sayı:57

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətində yeni təyinatlar olub - YENİLƏNİB

Oxu.az Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinə təyin olunan üzvlərin fəaliyyəti ilə bağlı məlumatları təqdim edir.

İdarə Heyətinin üzvü və AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin edilən Ruslan Əlixanov Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakultəsinin məzunudur. ABŞ-ın Missuri-Sent-Luis Universitetini bitirib. 2018-ci ildən “Boston Consulting Group” şirkətinin MDB ölkələrində xüsusi vəziyyətlər üzrə ekspert qrupunun (BCG TURN) rəhbəri vəzifəsində işləyir, “McKinsey and Company” şirkətinin partnyoru, Dünya Bankında layihə meneceri və bir necə beynəlxalq şirkətlərin rəhbər vəzifələrində çalışıb.

İdarə Heyətinin üzvü Rövşən Nəcəf Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. ABŞ-ın Kolumbiya Universitetinin İqtisadi Siyasətin İdarəedilməsi, Beynəlxalq Enerji Menecmenti və Siyasəti üzrə magistr proqramını bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 2003-2010-cu illərdə İqtisadiyyat Nazirliyi və SOCAR-ın Sərmayələr İdarəsində, 2012-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb. Hazırda iqtisadiyyat nazirinin müavinidir.

Azər Mursaqulov Türkiyənin Boğaziçi Universitetinin məzunudur. ABŞ-ın Corciya Universitetində iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb. 2010-2012-ci illərdə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Hazırda Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinə direktorudur.

14.23

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda Ruslan Əlixanov AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin olunub.

İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir
Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir
Novruz Aslanov fəaliyyəti barədə hesabat verdi
Novruz Aslanov fəaliyyəti barədə hesabat verdi
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu
Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu
Ömrü İşıq olan İnsan!
Ömrü İşıq olan İnsan!
Şərəfli alim ömrü
Şərəfli alim ömrü