veten informasiya agentliyi

İsmayıllının təhsil uğurları davam edir

Tarix:25-08-2020, 13:34
Baxış Sayı:1 095

İsmayıllının təhsil uğurları davam edir


İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi şəhər 3 saylı məktəb-liseyinin məzunu Nilufər Qəhrəmanova ilə görüşüb. Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş təqdimat Təhsil Nazirliyinin, Heydər Əliyev Fondunun, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə reallaşdırdığı layihə olub. Rayon rəhbəri Təhsil Nazirliyinin imzaladığı diplomu, qiymətli hədiyyəni qalibə təqdim edərək qazandığı uğur münasibətilə təbrik edib.
Nilufər Qəhrəmanova dövlətimizin gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Bundan əlavə, rayonun 5 abituriyenti Respublika Fənn Olimpiadalarında qalib olduqları üçün ölkəmizin ali məktəblərinə ixtisasları üzrə qəbul olunub.
Həmçinin, 2019-2020-ci tədris ilində İsmayıllıdan olan məzunlar xaricdə təhsil almaq hüququ qazanıb. Rusiya Federasiyasının müxtəlif ali təhsil məssisələrinə 9 abituriyent qəbul olub. Onlardan bir nəfər İsmayıllı şəhər 1 nömrəli, 8-i Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin məzunlarıdır.

Qeyd edək ki, Türkiyə universitetlərinə də sənəd verən məzunlar var. Onların da tezliklə tələbə adı qazanacağına inanırıq.
İsmayıllının təhsil uğurları davam edir
İsmayıllının təhsil uğurları davam edir
İsmayıllının təhsil uğurları davam edir

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər