veten informasiya agentliyi

Saatlıda kişi anasını bıçaqladı

Tarix:20-08-2020, 07:11
Baxış Sayı:773

Saatlıda kişi anasını bıçaqladı


Avqustun 19-da, saat 19 radələrində Saatlı rayon sakini, 1968-ci il təvəllüdlü Afət Mehdiyevanın yaşadığı evdə bıçaqlanaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Saatlı Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.


Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1993-cü il təvəllüdlü Raqif Mehdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirməklə Afət Mehdiyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Raqif Mehdiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış