veten informasiya agentliyi

3 saylı şəhər xəstəxanasından daha bir şikayət - "Özünün o boyda səhvini anaya yükləyir..."

Tarix:4-05-2017, 14:12
Baxış Sayı:450

3 saylı şəhər xəstəxanasından daha bir şikayət - "Özünün o boyda səhvini anaya yükləyir..."

«Körpəmiz qucağımızda, xəstəxanaları dolaşırıq. Həkimlərin məsuliyyətsizliyi üzündən doğuş vaxtı beynindən travma alıb, kor olub. İndi də gözünün açılacağına ehtimalların az olduğunu deyirlər». Cəlilabad sakini Şərqiyyə Vəliyeva ötən ilin sentyabrında Bakıda – 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində körpə dünyaya gətirib. Ancaq qısa müddətdən sonra valideynlər körpənin görmədiyini anlayıb.

Körpə həkim müayinələrindən keçərkən şübhələr təsdiqini tapıb. Ananın sözlərinə görə, hələ xəstəxanada olarkən, körpənin gözlərindəki qızartılardan şübhələri barədə doğuşu qəbul edən həkimə bildirib: «Dedim, «ay həkim, bu uşağın gözlərindəki kəskin qızartılar nədəndir?». Dedi, «ciddi bir şey yoxdur, yəqin toz düşüb». Mən də uşağın gözlərinə nəfəsimlə pülədim ki, toz varsa, düşsün. Baxdım ki, qızartılar daha da çoxalır. Bu dəfə də dedi, «yəqin püləmisən, gözlərinə hava gedib»».

Körpəni evə götürəndən qısa müddət sonra onun görmədiyini hiss edən valideynlər Cəlilabaddakı, Lənkərandakı və Bakıdakı xəstəxanalara müraciət ediblər: «Bir neçə xəstəxanaya müraciət etdik ki, tam arxayın olaq. Hamısı eyni sözü dedilər - uşaq doğuş vaxtı beyin travması alıb, gözlərinin tutulmasının səbəbi də budur. Ancaq doğum evinin həkimlərinə bunu sübut edə bilmədik. Hətta bir həkim dedi ki, «yəqin əliniz çirk ola-ola uşağın gözünə toxundurmusunuz, ondan infeksiya düşüb, sonra da üstünə düşməmisiz, belə olub». Həkimlərin dediyi hər kəlmə mənə dağ çəkir. Özünün o boyda səhvini anaya yükləyir, adama təsir edən həm də budur».

Körpənin görmə qabiliyyətinin bərpa olunması üçün müalicələri yerli həkimlər davam etdirir.

3 saylı şəhər Klinik Xəstəxananın doğum şöbəsindən isə körpənin sap-sağlam valideynlərinə təhvil verildiyini bildirirlər: «Travmayla doğulan körpə doğum şöbəsindən göndərişlə birbaşa, əsasən, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna götürülür. Bu körpə birbaşa evə yazılıb. Körpə burdan elə-belə buraxılmır, bütün müayinələrdən keçəndən sonra xəstəxanadan buraxılır. Deməli, bir problemi olmayıb ki, evə yazmışıq».

8 aydır ki, doğulduğu dünyanı qaranlıq görən körpənin valideynləri çarəsiz duruma düşüblər. Müalicə və görmənin bərpası üçün həm dövlətdən, həm də xaricdə müalicəyə maliyyə dəstəyi göstərə biləcək insanlardan yardım istəyirlər.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb