veten informasiya agentliyi

“Kontakt Home”un Xalqlar və Bakıxanov mağazaları tam yeni formatda – AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİM

Tarix:14-08-2020, 09:45
Baxış Sayı:222

“Kontakt Home”un Xalqlar və Bakıxanov mağazaları tam yeni formatda – AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİM

Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan “Kontakt Home” “Xalqlar” və “Bakıxanov Stansiya” mağazalarını tam yenilənmiş formatda müştərilərin istifadəsinə təqdim edib. Şəbəkə mağazalarda açılış münasibətilə müştərilərini hər növ məhsula 50%-dək endirim və 18 ayadək hissə-hissə ödəniş kampaniyaları ilə sevindirir. Kampaniya bu gün başlayır və avqustun 23-dək davam edəcək.

Axtardığınız hər şey bir məkanda

“Kontakt Home”un digər mağazaları kimi, bu mağazalar da müştərilər üçün çox uyğun zonalarda yerləşir: “Xalqlar” mağazası Qara Qarayev pr., 125B (“Xalqlar Dostluğu” m/st yaxınlığında), “Bakıxanov-2” mağazası isə Səmədbəy Mehmandarov pr., 1A ünvanında yerləşir.

2900 kv.m. sahəyə malik “Xalqlar” və 2520 kv.m. sahəyə malik “Bakıxanov Stansiya” şəbəkənin ən böyük mağazalarındandır. Loft üslubunda dizayn olunmuş mağazalar dörd mərtəbədən ibarətdir.

Müştərilərin rahatlığı üçün hər iki mağazanın daxilində lift fəaliyyət göstərir. Gözləmə zallarında yerləşdirilmiş divanlarda telefon enerjisinin doldurulması üçün USB çıxışlar quraşdırılıb. Uşaqlı müştərilərin rahatlığı da düşünülüb. Balacalar üçün masaların üzərində albom və boya karandaşları, həmçinin müxtəlif beyin inkişaf etdirici oyunlar var.

Mağaza ziyarətçiləri “Delonghi Zone”da yeni dəmlənmiş qəhvədən dadaraq, mağazanın digər guşələrini gəzə bilərlər.

Mağazaların -1-ci mərtəbəsində böyük məişət texnikasının, 1-ci mərtəbəsində rəqəmsal və kiçik məişət texnikasının, 2-ci və 3-cü mərtəbələrində isə mebel və tekstilin geniş çeşidi müştərilərə təqdim olunub.

Bir sözlə, elektronika və mebel əldə etmək istəyən hər kəs istədiyini eyni məkanda tapa bilər.

Açılışa özəl 50%-dək endirimlər, çox sərfəli hissəli alış şərtləri

Məhz “Xalqlar” və “Bakıxanov Stansiya” mağazalarının müştərilərini açılışa özəl xüsusi təkliflər gözləyir. Nağd alışda 50%-dək endirimlərdən, yaxud ilkin ödənişsiz, 18 ayadək faizsiz hissə-hissə ödəniş şərtlərindən yararlanmaq üçün avqustun 23-dək bu mağazalara gəlin.

Belə ki, açılış münasibətilə:

- Bütün telefonları ilkin ödənişsiz və 12 ay faizsiz;

- Bütün televizorları və məişət texnikasını ilkin ödənişsiz və 18 ay faizsiz;

- Bütün mebelləri isə ilkin ödənişsiz və 24 ay faizsiz hissə-hissə ödənişlə əldə edə bilərsiniz.

Əlavə olaraq, yalnız avqustun 23-dək hər növ məhsulu 50%-dək endirimlə əldə etmək imkanınız var. Belə ki, yalnız “Xalqlar” və “Bakıxanov Stansiya” mağazalarında:

- “Samsung Galaxy A11” smartfonunu 360 deyil, cəmi 329,99 manata;

- 43 (109sm) diaqonallı, “Smart TV” dəstəkli televizoru 700 deyil, cəmi 459,99 manata;

- 2000 Vt-lıq buxarlı ütüsünü 60 deyil, cəmi 19,99 manata ala bilərsiniz.

Qeyd edək ki, “Kontakt Home” mağazalarında satılan bütün məhsullar üç ilədək rəsmi istehsalçı zəmanəti ilə təqdim olunur.

Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan tapa bilərsiniz. Bütün kampaniya, müsabiqə və endirimlərdən xəbərdar olmaq üçün “Kontakt Home”u “Instagram”da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək, sizi maraqlandıran suallara cavab alın.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb