veten informasiya agentliyi

“TƏBİB ləğv edilməlidir! - Həkim SƏRT DANIŞDI

Tarix:28-07-2020, 04:50
Baxış Sayı:488

“TƏBİB ləğv edilməlidir! - Həkim SƏRT DANIŞDI

TƏBİB-in yarıtmaz fəalliyyətindən narazılığını bildirib: “Dünyanın heç bir ölkəsində səhiyyə sistemini iki qurum idarə etmir. TƏBİB ləğv olunmadıqca belə problemlər çox olacaq. Mən açıq deyirəm,. Və onun rəhbərliyi gücləndirilməlidir. İndiki səhiyyə naziri öz səlahiyyətlərini yerinə yetirə bilmir”.
25 və 26 iyul tarixlərində “its.gov.az” portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentlik qeyd edilən tarixlərdə “its.gov.az” portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar.
27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək: "Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik".
Qeyd edək ki, TƏBİB İcbari Tibbi Sığorta Agentliyinə tabedir və İdarə Heyətinin sədri Ramin Bayramlıdır. Bilavasitə koronavirus testlərini və müalicəni TƏBİB həyata keçirir. Bu qurum əhalinin sağlamlığı üzərində aparılan eksperimentlərin fəal icraçısı kimi fəaliyyət göstərir.
Xatırladaq ki, bu insanlara səhv məlumat verilməsi ilə bağlı yaranan ilk belə hal deyil.

Deyəsən, müvafiq şəxslər söhbətin insan taleyindən getdiyini unudurlar. Hər halda göstərdikləri etinasızlığa bundan başqa ad vermək olmaz.

Məsələ barədə “Sherg.az”a münasibətini bildirən məhkəmə tibbi eksperti, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu TƏBİB-in yarıtmaz fəalliyyətindən narazılığını bildirib:

“Dünyanın heç bir ölkəsində səhiyyə sistemini iki qurum idarə etmir. TƏBİB ləğv olunmadıqca belə problemlər çox olacaq. Mən açıq deyirəm, TƏBİB ləğv edilməli, vahid səhiyyə qurumu olmalıdır. Və onun rəhbərliyi gücləndirilməlidir. İndiki səhiyyə naziri öz səlahiyyətlərini yerinə yetirə bilmir”.

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir