veten informasiya agentliyi

Baş Prokurorluq mətbuat işçilərini təbrik etdi — VİDEO

Tarix:22-07-2020, 08:49
Baxış Sayı:386

Baş Prokurorluq mətbuat işçilərini təbrik etdi — VİDEO

Baş Prokurorluğun kollektivi 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə mətbuat işçilərinin peşə bayramını təbrik edib.

Via.az xəbər verir ki, təbrikdə deyilir:

"22 iyul Azərbaycan Milli mətbuatı günü - Azərbaycan Milli mətbuatının yaradılmasının 145-ci ildönümüdür.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu münasibətilə təbrik videoçarxı hazırlayaraq sosial şəbəkə səhifələrində yerləşdirmişlər. Təbrik mətnində isə bildirilir: "1875-ci ilin məhz bu günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə azad medianın inkişafı üçün hər cür şərait yaradılmaqla mətbu orqanların maddi-texniki bazası möhkəmləndirilmiş, jurnalistlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılmışdır. Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından peşə bayramı münasibətlə bütün mətbuat işçilərini təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edirik”.

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib
X-XI sinif şagirdləri ilə görüşüblər
X-XI sinif şagirdləri ilə görüşüblər
Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub
Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub
Vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərimizdəndir
Vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərimizdəndir
Şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak ediblər
Şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak ediblər
"Füzuli dünyası" adlı tədbir keçirilib
46 məktəblimiz Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb
46 məktəblimiz Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb